Azərbaycanla bu ölkələr arasında viza rejimi ləğv edildi

122 15-12-2025, 15:26 cemiyyet

Azərbaycanla bu ölkələr arasında viza rejimi ləğv edildiAzərbaycanla bir sıra ölkələr arasında viza rejimi ləğv edilib.

Xeberdar.net məlumat verir ki, bununla bağlı Prezident İlham Əliyev qanun imzalayıb.

Qanunla Azərbaycan Respublikası Hökuməti ilə Qvineya-Bisau Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasport sahibləri, Azərbaycan Respublikası Hökuməti ilə Surinam Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahibləri, Azərbaycan Respublikası Hökuməti ilə Bəhreyn Krallığı Hökuməti arasında diplomatik pasport sahibləri, Azərbaycan Respublikası Hökuməti ilə Anqola Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahibləri, Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahibləri, Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Resp,ublikası Hökuməti arasında ümumvətəndaş pasport sahibləri, Azərbaycan Respublikası Hökuməti ilə Dominikan Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahibləri viza tələbindən azad edilib.

XƏBƏR LENTİ