Hospitalda ölən əsgərlə bağlı araşdırma aparılır

667 18-12-2025, 17:46 cemiyyet / hadise

Hospitalda ölən əsgərlə bağlı araşdırma aparılırBakı Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən müvafiq istintaq hərəkətləri aparılıb

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Əli Vahab oğlu Cəfərovun xəstəlikdən müalicə olunduğu hospitalda bu ilin dekabr ayının 15-də ölməsi ilə bağlı araşdırma aparılır. Xeberdar.net məlumat verir ki, bu barədə Hərbi Prokurorluqdan bildirilib.

Qeyd olunub ki, Bakı Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən müvafiq istintaq hərəkətləri aparılıb, ölümün səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, eləcə də digər prosessual tədbirlər icra edilib.

Faktla bağlı hazırda araşdırma davam etdirilir.

XƏBƏR LENTİ