Xırdalanda bu qanunsuz tikintiyə hansı məmur icazə verib?-Videofakt

121 10-01-2026, 13:18 cemiyyet

Xırdalanda bu qanunsuz tikintiyə hansı məmur icazə verib?-VideofaktAbşeron rayonu Xırdalanda qanunsuz tikinti işləri aparılır.

XALQ-a daxil olan məlumata görə, Xırdalan 27 məhəllədə qanunsuz tikinti işlər aparılır. Ağaclar kəsilib və inşa işləri aparılır.

İddia olunur ki, tikinit işlərinə yüksək vəzifəli məmur himayədarlıq edir.

Dövlət Şəhərsalma və Arxektura Komitəsindən və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumundan rəsmi heç bir icazə alınmadan tikinti işlərinə Abşeron rayonunda hansı məmur icazə verdiyi müəmmalıdır.

Abşeron rayon İcra Hakimiyyətindən soğumuza cavab olaraq bildirilib ki, əraziyə baxış keçirilmiş və qeyri-qanuni tikinti işlərinin aparıldığı müəyyən olunmuşdur. Tikintinin qarşısı alınması istiqamətində qanunvericiliyə uyğun olaraq tədbirlər görülür.

Qeyd edək ki, Abşeron rayon ərazisində bu kimi qanunsuz tikintilər ilk deyil.

Həmin görüntüləri təqdim edirik:

XƏBƏR LENTİ