“Güclü külək iki gün boyunca davam edəcək – Diqqət!”

118 10-01-2026, 18:47 cemiyyet

“Güclü külək iki gün boyunca davam edəcək – Diqqət!”Milli Hidrometeorologiya Xidməti yanvarın 11-12-də Bakıda, Abşeron yarımadasında və bir çox bölgələrdə güclü külək ilə bağlı xəbərdarlıq yayıb.
Qobustan, Xızı, Qusar və Daşkəsən kimi yerlərdə narıncı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi saniyədə 20.8–28.4 metr sürətlə əsəcək.
Bakıda, Abşeron yarımadasında, həmçinin Salyan, Neftçala, Hacıqabul, Mingəçevir, Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Ağsu, İsmayıllı, Şabran, Xaçmaz, Quba, Siyəzən, Kəlbəcər, Laçın, Füzuli, Zəngilan, Gəncə, Gədəbəy, Göygöl, Naftalan, Samux, Goranboy, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Lerik, Yardımlı, Lənkəran, Masallı, Astara və Cəlilabadda isə sarı xəbərdarlıq qüvvədədir və cənub-qərb küləyinin sürəti saniyədə 13.9–20.7 metr olacaq.
Əhali və sürücülərdən diqqətli olmaları xahiş olunur.

XƏBƏR LENTİ