İsrail ordusu Livana hava zərbələri endirib

35 9-04-2026, 11:08 dunya

İsrail ordusu Livana hava zərbələri endiribHücumdan sonra güclü partlayış səsi eşidilib: hədəf alınan ərazidən tüstü qalxıb

İsrail ordusunun Livana hücumları davam edir. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, İsrailə məxsus təyyarələr Livanın paytaxtı Beyrutun cənubundakı Dahiyə bölgəsinə hava hücumu həyata keçirib.

Hücumdan sonra güclü partlayış səsi eşidilib və hədəf alınan ərazidən tüstü qalxıb.

Qeyd edək ki, İsrail ordusunun dünən Livana endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayının 254-ə çatıb, yaralılar var. Bununla bağlı Livanda bu gün milli matəm günüdür.

XƏBƏR LENTİ