DEPUTAT VƏ İCRA BAŞÇISININ ADI TİKİNTİ QALMAQALINDA HALLANIR...

DEPUTAT VƏ İCRA BAŞÇISININ ADI TİKİNTİ QALMAQALINDA HALLANIR... Nəsib Məhməliyev Cavadxan küçəsi, 38 saylı binanın həyətini Salyanın rəhbəri Tahir Kərimova hədiyyə edib?

Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsi, 38 saylı binanın sakinləri müraciət edib. Sakinlərin sözlərinə görə, 2007-ci ildə 38 saylı binanın həyəti Nəsimi bələdiyyəsi tərəfindən Aygül Musayevaya verilib. Daha sonra isə həmin sahənin yaxınlıqdakı sahibkar Arifə Camalqızının olması ortaya atılıb. Arxivdən araşdırılıb məlum olub ki, hər iki şəxsin adına heç bir torpaq sahəsi yoxdur.
Məhkəmədə torpaq sənədinin ləğvi, eyni zamanda tikintiyə icazə verən sərəncamın ləğvi ilə bağlı iki iddia qaldırılıb. Iş məhkəməyə veriləndən sonra apelyasiya instansiyasında məlum olub ki, heç bir sənəd olmayıb və işi birinci instansiya məhkəməsinə qaytarıb.
Eyni zamanda Bakı Şəhər Icra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş Idarəsinin 2014-cü il 29 dekabr tarixli məktubu ilə qeyri-yaşayış sahəsinin tikintisinə dair razılaşdırılmış layihəni etibarsız hesab edib.
Sakinlər iddia edirlər ki, Nəsimi rayonunun keçmiş icra başçısı, hazırda deputat olan Nəsib Məhməliyev həmin ərazini Salyanın icra başçısı Tahir Kərimova hədiyyə edib. Bu səbəbdən də qanunsuzluğa göz yumulur. "Bir nəfər ərazini qazanc üçün obyektə çevirmək istəyir və bunun nəticəsində yoldan həyətə girmək üçün dar bir cığır qalıb. Həmin şəxsə etirazımızı bildirdik, 2007-ci ildə inşası başa çatdırılan tikintini yarımçıq qoyduq. 2012-ci ildə yenidən cəhd etdi, dövlət qurumlarını məsələyə qatandan sonra tikili söküldü. Biz bu məsələləri hazırda yolumuzu kəsən adama xatırlatdıq. Lakin həmin şəxs ya başa düşmür, ya da istəmir. Özünü obyektin ya yiyəsi, ya da icraçısı kimi təqdim edən Hüseyn adlı şəxs deyir ki, 70 min manat xərcim çıxıb. Sizin acığınıza tikdirəcəm. Biz tikinti aparmağa qoymuruq. Ərizə və şikayətlər yazaraq haqqımızı tələb edirik”, – deyə sakinlər bildirir./Xalq Xeber.az/

DEPUTAT VƏ İCRA BAŞÇISININ ADI TİKİNTİ QALMAQALINDA HALLANIR...

  • 18-03-2016, 12:13
  • 681


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. “Delta” ştammına yoluxanların ən çox şikayət etdiyi əlamətlər
  2. Almaniya millisinin olduğu təyyarə təcili eniş edib
  3. RUSİYA SÜLHMƏRAMLILARI İLƏ ERMƏNİLƏR ARASINDA QANLI İNSİDENT - İki sülhməramlı yaralanıb
  4. Bakıda 62 yaşlı kişi arı sancmasından ölüb
  5. Qubada 19 yaşlı qadın dünyaya üçəm gətirib
  6. Nazilə Gültac: "Məqsədimiz Qarabağ zəfərini ədəbi dillə dünyaya çatdırmaqdır"
  7. Yevlaxda stadionun mühafizəçisi iş yerində ölüb
  8. Azərbaycanda oğul atanı bıçaqladı
  9. Ramiz Göyüşovdan müsahibə alan jurnalist saxlanılıb - RƏSMİ
  10. ABŞ 20 il sonra 11 sentyabr hücumlarının qurbanlarını anır
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI