Ermənilər Ağdamda məscidi atəşə tutdu - 1 nəfər həlak oldu

Ermənilər Ağdamda məscidi atəşə tutdu - 1 nəfər həlak oldu
Erməni hərbi birləşmələri Ağdam rayonunun Əhmədağalılar kəndini atəşə tutub. Bu barədə Trend-ə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib.

İcra başçısı bildirib ki, ermənilərin ağır artilleriyalardan açdığı atəş nəticəsində mərmilərdən biri Əhmədağalılar kəndindəki məscidə düşüb. Hadisə nəticəsində məsciddə olan kənd sakini, 1954-cü il təvəllüdlü Dadaşov Qaraş Şahlar oğlu aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu möqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar olub.

Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.

Ötən gün və gecə atəşkəsin pozulması nəticəsində daha 3 hərbi qulluqçumuz şəhid olub.
Xeberdar.net

Ermənilər Ağdamda məscidi atəşə tutdu - 1 nəfər həlak oldu

  • 4-04-2016, 19:04
  • 759


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Almaniya millisinin olduğu təyyarə təcili eniş edib
  2. RUSİYA SÜLHMƏRAMLILARI İLƏ ERMƏNİLƏR ARASINDA QANLI İNSİDENT - İki sülhməramlı yaralanıb
  3. Bakıda 62 yaşlı kişi arı sancmasından ölüb
  4. Qubada 19 yaşlı qadın dünyaya üçəm gətirib
  5. Nazilə Gültac: "Məqsədimiz Qarabağ zəfərini ədəbi dillə dünyaya çatdırmaqdır"
  6. Azərbaycanda oğul atanı bıçaqladı
  7. Yevlaxda stadionun mühafizəçisi iş yerində ölüb
  8. Ramiz Göyüşovdan müsahibə alan jurnalist saxlanılıb - RƏSMİ
  9. ABŞ 20 il sonra 11 sentyabr hücumlarının qurbanlarını anır
  10. Sevgilisinin mənzilinə gedib qızını zorladı
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI