Misir Qırmızı dənizdəki mübahisəli adaların Səudiyyə Ərəbistanına verilməsi ilə razılaşıb

Misir Qırmızı dənizdəki mübahisəli adaların Səudiyyə Ərəbistanına verilməsi ilə razılaşıb
On illər ərzində Misir və Səudiyyə Ərəbistanı arasında mübahisə mövzusu olan Qırmızı dənizdəki Tiran və Sanafir adaları iki ölkə arasında sərhədlərin delimitasiyası haqqında müqaviləyə əsasən Səudiyyə Ərəbistanına verilib.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Misir Nazirlər Kabineti məlumat yayıb.

Dəniz sərhədinin delimitasiyası haqqında danışıqlar 6 il davam edib, bu sahədə fəaliyət göstərən komissiyaların 11 görüşü keçirilib. Ancaq Misirin könüllü olaraq Qırmızı dənizdəki Akaba körfəzinin çıxışında, Şarm-əş-Şeyx şəhərin yaxınlığındakı strateji rayonda yerləşən bu adalardan imtina etməsi artıq Misirdə narazılığa yol açıb.

Sərhədlərin delimitasiyası haqqında müqavilə Misir parlamentində təsdiqlənməlidir.
xeberdar.net

Misir Qırmızı dənizdəki mübahisəli adaların Səudiyyə Ərəbistanına verilməsi ilə razılaşıb

  • 10-04-2016, 11:46
  • 539


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Almaniya millisinin olduğu təyyarə təcili eniş edib
  2. RUSİYA SÜLHMƏRAMLILARI İLƏ ERMƏNİLƏR ARASINDA QANLI İNSİDENT - İki sülhməramlı yaralanıb
  3. Bakıda 62 yaşlı kişi arı sancmasından ölüb
  4. Qubada 19 yaşlı qadın dünyaya üçəm gətirib
  5. Nazilə Gültac: "Məqsədimiz Qarabağ zəfərini ədəbi dillə dünyaya çatdırmaqdır"
  6. Azərbaycanda oğul atanı bıçaqladı
  7. Yevlaxda stadionun mühafizəçisi iş yerində ölüb
  8. Ramiz Göyüşovdan müsahibə alan jurnalist saxlanılıb - RƏSMİ
  9. ABŞ 20 il sonra 11 sentyabr hücumlarının qurbanlarını anır
  10. Sevgilisinin mənzilinə gedib qızını zorladı
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI