Azərbaycanda terror xəbərdarlığı - DTX açıqlama verdi

Azərbaycanda terror xəbərdarlığı - DTX açıqlama verdi
Dövlət Təhlükəsizliyi Xidməti: "Azərbaycan Respublikasının təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması üçün zəruri tədbirlər görülür və əməliyyat şəraitinə nəzarət olunur"
"Azərbaycan Respublikasının təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması üçün digər hüquq-mühafizə orqanları ilə birgə zəruri tədbirlər görülür və əməliyyat şəraitinə nəzarət olunur".

Bunu, İsrailin terrorla mübarizə qərargahının bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda terror təhlükəsinin olması barədə Sputnik-in sorğusunu cavablandırarkən, Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər. DTX rəsmisi qeyd edib ki, Azərbaycanda təhlükəsizlik şəraiti yüksək səviyyədə təşkil olunub.

Qeyd edək ki, İsrailin terrorla mübarizə qərargahı Pesax bayramı ərəfəsində çoxlu sayda israillinin ölkə xaricinə getməsini nəzərə alaraq xəbərdarlıq yayıb. Qərargahın saytında yer alan məlumata görə, Türkiyə, Pakistan və bir neçə Afrika ölkəsi səfər üçün ən təhlükəli yerlərdir.

Sözügedən terror təhlükəsi olan ölkələrin siyahısında Azərbaycanın da adı var. İsrailin terrorla mübarizə qərargahı vətəndaşlara xüsusi ehtiyac olmadan Azərbaycana səfər etməməyi tövsiyə edib.

Eyni zamanda, qərargahın xəbərdarlığında vətəndaşlara hara getmələrindən, harada olmalarından (o cümlədən, Qərbi Avropada) asılı olmayaraq diqqətli olmaq məsləhət görülür. Qərargah İsrail vətəndaşlarını ən təhlükəsiz saydıqları məkanlarda belə, sıx insan kütləsinin olduğu və terror aktlarının törədilməsinin mümkün olacağı yerlərdən, o cümlədən, stadionlardan, dəmir yolu stansiyalarından, alış-veriş mərkəzlərindən və s. uzaq durmağı tövsiyə edir./Sputnik/

Xeberdar.net

Azərbaycanda terror xəbərdarlığı - DTX açıqlama verdi

  • 15-04-2016, 12:14
  • 520


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Ağdam rayon İcra Hakimyyətinin başçısı şəhidin qardaşını işdən çıxardı
  2. "Qarabağ" - "Bazel" oyununda birinci hissə başa çatıb
  3. ABŞ və Türkiyə Ukraynanı silahlandırır – “Əgər Azərbaycanın təcrübəsi bizdə olsaydı...”
  4. Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB
  5. MTN GENERALININ RÜŞVƏT ALDIĞI ŞƏXSLƏRİN ADLARI AÇIQLANDI - Siyahı
  6. “Azərişıq”in əməkdaşını cərəyan vurub öldürdü
  7. Prokurorluq Gəncədəki ölüm hadisəsi ilə bağlı məlumat yayıb
  8. İrəvanda Türkiyə bayrağı gəzdirənlər iranlı çıxdı?..- Ermənistan polisi...
  9. Araik Xocalı ərazisində sement zavodu acdı... YENİLƏNİB-FOTOLAR+VİDEO
  10. Sumqayıtda üçüncü dəfə evdən gedən gənc ana iki ay sonra Bakıda tapılıb
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI