Hüseynqulu Bağırovun adından istifadə edən müdir

Hüseynqulu Bağırovun adından istifadə edən müdir

Ismayıllıda yerli məmur nazirin adından rüşvət alır

Amil Mirzəyev: «Banklardan kredit götürüb Ilqara vermişəm»

Ismayıllı rayonu Talıstan kənd sakini Amil Mirzəyev “Azadlıq”a müraciət edib. Şikayətçi rayon Meşələri Mühafizə və Bərpası Idarəsinin müdiri Ilqar Qəribovun ona qarşı etdiyi qanunsuz hərəktələrini ictimailəşdirməyimizi xahiş edir. Şikayətçi ilə birlikdə sözügedən ərazidə olduq, onun dərdlərini dinlədik.
Amil Mirzəyevin dedikləri: “18 ildir ki, sahibkarlıqla məşğul oluram. Lahıc yolunun Gəndov kəndi ərazisində istirahət mərkəzim var. Yay-qış ayları həm yerli, həm də xarici qonaqlara xidmət edərək ailə-uşağıma çörəkpulu qazanıram. Eyni zamanda kənd sakinlərindən bir neçəsini işə götürmüşəm və onlara aylıq əməkhaqqı verirəm. Rayon meşə idarəsinin müdiri Ilqar Qəribov bir neçə dəfə məndən 2000-2500 manat, dollar bahalaşdıqdan sonra 2000 ABŞ dolları rüşvət istəyib. Mənə deyir ki, obyektinin sənədi olmadığına görə bura söküləcək. Mən onun dediyi kimi müqavilə bağladım. Müqavilənin şərtində göstərilən səksən manat dövlət rüsumunu ödəmişəm. Ilqar Qəribov sonradan məndən nazir Hüseynqulu Bağırovun və nazirliyin Meşələrin Mühafizəsi Departamentinin rəisi Şakir Ismayılovun adından bir neçə dəfə rüşvət alıb. Mən banklardan kredit götürüb Ilqara vermişəm.

Son günlər onun yenidən pul istəməsindən sonra qərara aldım ki, ölkənin əlaqədar qurumlarına müraciət edim. Ilqar Qəribovun Ismayıllıda Diyallı kəndinin ətəyində böyük ərazidə “qazon” istehsal edən müəssisəsi, Ismayıllıda böyük villası var. Qəbələ şəhərində Zarağan adlanan kənddə yanaşı olan onlarla ticarət obyektləri var. Bir neçə gün bundan öncə Vəndam qəsəbəsində ona məxsus böyük bir villanı gecə ikən od vurub yandırdılar. Bakıda bir neçə yerdə evləri və dəyəri milyonlarla ölçülən daşınmaz əmlakı var. Göyçay, Qəbələ rayonlarında Ilqar Qəribovun rəisi Şakir Ismayılovla şərik olan onlarla parket, qutu və mebel sexi fəaliyyət göstərir. Türkiyənin Istanbul şəhərində Ilqar Qəribovun villası var. Indi sual edirəm: Bütün bunları Ilqar Qəribov hansı yollarla əldə edib?

Ismayıllı meşələrini talan edən Ilqar Qəribov günü-gündən varlanıb. Bu adam indi də nazir Hüseynqulu Bağırovun adından məndən rüşvət istəyir ki, guya Qaraqaya kəndində nazir üçün ev tikir. Ancaq həmin ev departament rəisi Şakir Ismayılova məxsusdur. Mən bütün şikayət etdiyim instansiyalarda qeyd etmişəm ki, Ilqar Qəribov və Şakir Ismayılov rayonumuzun meşələrini doğratdırıb satdırırlar. Bu adamlar haqqında təcili tədbir görülməsə, bir neçə ildən sonra Ismayıllı ərazisində güclü torpaq sürüşmələrinin şahidi olacağıq. Indi də düşüblər meşə qırağı istirahət mərkəzləri işlədən sahibkarların üstünə. Kimisindən 3000 manat, kimisindən 5000 manat, məndən 6000 manat rüşvət istəyirlər. Heç bir qəbz olmadan istənilən bu məbləğ rüşvət deyil, bəs nədir?

Xahiş edirəm, əlaqədar qurumlar təcili tədbir görsünlər. Şakir Ismayılovun Qaraqaya kəndindəki bir hektardan artıq ərazidə villa nəyinə lazımdır? Nə vaxta kimi biz sadə insanları istismar edəcəksiniz? Bunun bir sonu olacaqmı?”

Elçin Ismayıllı

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin də fikirlərini dərc etməyə hazırıq.
Azadliq.info

Hüseynqulu Bağırovun adından istifadə edən müdir

  • 22-04-2016, 09:04
  • 703


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Ağdam rayon İcra Hakimyyətinin başçısı şəhidin qardaşını işdən çıxardı
  2. Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB
  3. MTN GENERALININ RÜŞVƏT ALDIĞI ŞƏXSLƏRİN ADLARI AÇIQLANDI - Siyahı
  4. “Azərişıq”in əməkdaşını cərəyan vurub öldürdü
  5. Prokurorluq Gəncədəki ölüm hadisəsi ilə bağlı məlumat yayıb
  6. İrəvanda Türkiyə bayrağı gəzdirənlər iranlı çıxdı?..- Ermənistan polisi...
  7. Araik Xocalı ərazisində sement zavodu acdı... YENİLƏNİB-FOTOLAR+VİDEO
  8. Sumqayıtda üçüncü dəfə evdən gedən gənc ana iki ay sonra Bakıda tapılıb
  9. Sabah Bakıda hava küləkli olacaq - Dağlıq rayonlara yağış yağacaq
  10. Sabunçunu daha kimlər TALAYIR... - İTTİHAM
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI