Mənzillərin qiyməti ucuzlaşdı

Mənzillərin qiyməti ucuzlaşdı



Mənzil bazarında qiymətlərdə azalma müşahidə edilir.

Xeberdar.net “MBA Ltd” qiymətləndirmə və konsaltinq şirkətinin monitorinq qrupunun apardığı araşdırmaya əsasən xəbər verir ki, orta təklif qiyməti kvadratmer üçün 1612 dollardan 1605 dollara düşüb. Milli valyuta ilə isə ay ərzində 1676 manatdan 1669 manata enib (0,43 faiz azalma).

2015-ci ilin ilk aylarından mənzil bazarında hiss edilən durğunluq iyul ayında da qeydə alınıb. Bu da əmlak bazarında qiymətlərin enməsi ilə yanaşı tələbin azalmasına gətirib çıxarıb. Həmçinin neftin qiymətinin ucuzlaşması və Rusiya iqtisadiyyatındakı durğunluq Bakının mənzil bazarına da mənfi təsir göstərib.

Qiymət azalması 3 otaqlı mənzillərdə daha çox müşahidə edilir. 1 otaqlı mənzillərin təklif üzrə payında isə artım müşahidə olunub. Təkliflə yanaşı otaqlar üzrə qiymət azalması 2 otaqlı mənzillərdən başqa digər müxtəlif otaqlı mənzillərdə baş verib.

Aparılan araşdırmalara əsasən “eksperimental”, “leninqrad”, “xruşşov” və “yeni tikili təmirli” layihəli binaların təklif portfelindəki payı bu ayda mütləq çoxluq təşkil edib.

Ötən ayda layihələr üzrə qiymət azalması daha çox italyan və eksperimental layihələrdə qeydə alınıb. Qiymət artımı isə daha çox alman, fransız və leninqrad layihələrində hiss edilib. Mənzillərin orta sahəsi 82.6 kv.m, orta otaq göstəricisi isə 2.42 təşkil edir. Hər otağın orta satış qiyməti 54 661 ABŞ dolları, mənzilin orta qiyməti isə 132 280 ABŞ dolları təşkil edib.

Ay ərzində rаyоnlаr üzrə qiymət dəyişməsi mövcud tələbə uyğun bаş vеrib. İyul ayında aktivlik əmsalına görə ən cəlbedici rayonlar ötən ayda olduğu kimi Nəsimi, Yasamal və Nərimanov rayonları olub.

Təkrar yaşayış mənzil bazarında kvadrat metrin qiymətinə görə təklif olunan ən bahalı mənzil “yeni tikili” layihəli 4 otaqlıda qeydə alınıb. “28 May” metro stansiyası yaxınlığında yerləşən 160 kv.m sahəyə malik olan, yaxşı təmirli mənzilin kvadrat metrinin satışa təklif olunan qiyməti 4100 dollar təşkil edib. Ən ucuz mənzil isə Abşeron rayonunda, Masazır qəsəbəsində yerləşən orta təmirli 72 kv.m-lik sahəyə malik “yeni tikili” layihəli, 1 otaqlı mənzildə qeydə alınıb - 580 dollar/kv.m.

Mənzillərin qiyməti ucuzlaşdı

  • 21-08-2015, 14:07
  • 1 052


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Azərbaycanda tələbə “WhatsApp”da status yazıb intihar etdi - FOTO
  2. Astarada qadın qonşusunun verdiyi dərmandan öldü
  3. DSX-dən İrana CAVAB
  4. Azərbaycanda hamilə qadın peyvəndə görə tələbəlikdən imtina edib
  5. Bakıda DƏHŞƏT: 6 yaşlı uşaq diri-diri YANDI
  6. Sumqayıtda hamilə arvadını öldürən şəxsə hökm oxunub
  7. Sabiq icra başçısının həbs müddəti uzadılıb
  8. Azərbaycan-Gürcüstan-Türkiyə birgə gömrük komitəsinin fəaliyyət istiqamətləri açıqlanıb
  9. Qəbələdə karantin qaydalarını pozan toy təşkilatçıları cərimələnib
  10. Tehran rejiminin Azərbaycana qarşı törətdiyi təxribatlarla əlaqədar Milli Hərəkatçılar Birliyi bəyanat yaydı
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI