Sabiq müşavir haqda sensasion məlumatlar - özəl dosye

Sabiq müşavir haqda sensasion məlumatlar - özəl dosye
Çingiz Baxşıyevin əmlaklarının siyahısı və oğlunun qeyri-qanuni əməlləri haqda müdhiş məlumatlar; o, doğmaca xalası oğlunu həbs etdirib
Nəqliyyat Nazirliyinin sabiq məmuru Çingiz Baxşıyev mətbuatın gündəminə evindən 50 kiloqram qızıl oğurlanan məmur kimi gəldi. Məlum oldu ki, sabiq müşavir Rövşən Əhmədov adlı birini evindən 50 kiloqram qızıl oğurlamaqda suçlayıb, ondan hüquq-mühafizə orqanlarına şikayət yazıb.

Rövşən Əhmədov məmurun ərizəsi əsasında həbs olunandan sonra onun vəkili Adəm Məmmədov mətbuata açıqlama verərək, müvəkkilinin özünün çəkisinin 50 kiloqram olduğunu deməklə, Çingiz Baxşıyevin ərizəsində göstərdiyi məlumatların yalan olduğunu iddia etdi. Yəni adamın 50 kiloqram çəkisi varsa, özü ağırlığında qızılı mənzildən necə aparıb?

Apardığımız araşdırma nəticəsində aydın oldu ki, Rövşən Əhmədovla Çingiz Baxşıyev yaxın qohumdur. Məmurun həbs etdirdiyi şəxs onun doğmaca xalası oğludur və həbsin motivləri də məhz bu qohumluq əlaqələrindən doğan münasibətlərə söykənir. Belə ki, Rövşən Əhmədov xalası oğlunun gözdən-qulaqdan uzaq işləri üzrə qeyri-rəsmi köməkçisi olub. Günlərin birində isə tərəflərin arası dəyib. Bu haqda redaksiyamızda bilgilər var və araşdırmalardan sonra bu haqda da yazacağıq. Ç.Baxşıyev sirlərini xırdalıqlarına qədər bilən xalası oğlunu xeyli dilə tutmağa, özündən kənarlaşmasına imkan verməməyə çalışıb. Buna nail olmadıqda isə 50 kiloqram qızılın oğurlanması ərizəsi ortaya çıxıb. R.Əhmədov bu gün həbsdədir və onun öldürülməsi planının varlığı haqda ölkə rəhbərliyinə vəkili vasitəsilə məlumat ötürülüb. Bu haqda da yazacağıq.

Bəs Çingiz Baxşıyevdə 50 kiloqram qızıl haradandır? Kimdir bu adam? Bu qədər qızılı hansı pulla, hansı gəlirlə əldə edib?
Sabiq müşavir haqda sensasion məlumatlar - özəl dosye
Həmin əmlakların bir qismi haqda da məlumat əldə etmişik. Məlumatları təqdim edirik:

1. Bakı şəhəri, Səbayel rayonu, Neftçilər prospekti 93 nömrəli binada 4 otaqlı mənzil.

2. Qobustan rayonu, Təklə kəndindəki “Qaraağıl” qışlağında ümumi sahəsi 954.0 hektar olan torpaq sahəsi (Rövşən Əhmədovun adına rəsmiləşdirilib)

3. Salyan rayonu, Çuxanlı kəndində mərmər sexinin tikintisi üçün nəzərdə tutulan 4 hektar torpaq sahəsi

4. Salyan rayonu, Çuxanlı kəndində mərmər sexinin tikintisi üçün nəzərdə tutulan 2 hektar 10 sot torpaq sahəsi

5. Salyan şəhəri, Davudzadə küçəsində yerləşən 3 mərtəbəli qeyri-yaşayış sahəsi (vaxtilə poliklinika olub, Rövşən Əhmədovun adına rəsmiləşdirilib)

6. Xaçmaz rayonu, Tel kəndində 5 hektar torpaq sahəsi

7. Xaçmaz rayonu, Ləcət kəndində 3 hektar torpaq sahəsi

8. Xaçmaz rayonu, Yalama kəndində 1 hektar 38 sot torpaq

9. Abşeron rayonu, Novxanı kəndində 1541 saylı, ümumi sahəsi 10 sot olan torpaq sahəsi

10. Abşeron rayonu, Məhəmmədi kəndində 1 hektar 25 sot torpaq sahəsi

11. Abşeron rayonu, Məhəmmədi kəndində 6 hektar 80 sot torpaq sahəsi

12. Abşeron rayonu, Məhəmmədi kəndində 3 hektar 54 sot torpaq sahəsi

13. Abşeron rayonu, Məhəmmədi kəndində 1 hektar 68 sot torpaq sahəsi

14. Xaçmaz rayonu, Yalama kəndində 52 sot torpaq sahəsi.
Əldə etdiyimiz məlumatlara görə, Çingiz Baxşıyev Azərbaycana Qırğızıstandan gəlib. 2002-ci ildə Bakıda “Nizami” metro stansiyasının yaxınlığında 1 otaqlı mənzil alıb. 2003-cü ildə Hüseyn Hüseynov Avtonəqliyyat Dövlət Konserninin rəisi olduğu vaxtlarda onu qurumun Nərimanov filialına rəis təyin ediblər. Həmin vaxt Ç.Baxşıyev konsernin arxivinə yol tapıb və arxiv materiallarını ələ keçirməyə başlayıb. Konsern Nəqliyyat Nazirliyinə çevriləndən sonra nazirliyin rayonlarda olan torpaq sahələrini özəlləşdirməyə başlayıb. Bu gün həmin torpaq sahələri Çingiz Baxşıyevin oğlu, hazırda xaricdə yaşayan Nəriman Baxşıyevin adına rəsmiləşdirilib.

Müşavirin 1984-cü il təvəllüdlü oğlu bu gün dünyanı diplomatik pasportla gəzir. Azərbaycana isə gəlməkdən yayınır. Onun kef-damağa, içki məclislərinə meylli olmasından yerli hüquq-mühafizə orqanları da xəbərdardır. Odur ki, Nəriman Baxşıyev üstündəki diplomatik pasportla Bakı hava limanında VİP sərnişinlər üçün nəzərdə tutulan zala qədər gəlir. Zalda yaxınları ilə görüşür və geri dönür. Nəriman Bakıda gəzməyə qorxur. Acı xatirələr müşavir oğlunu Bakıya həsrət qoyub. Çünki özü də, yaxınları da bilir ki, o, narkotik aludəçisi olan dostlarının əhatəsinə düşəcək. Ordan isə hara düşəcəyi yaxşı məlumdu... Ona görə də oğul Baxşıyevin Bakı səfəri hava limanının VİP zalına qədər məhdudlaşdırılıb. Deyilənə görə, Nəriman hava limanında yaxınları ilə görüşür, ona içi pulla dolu çanta ötürülür və geri dönür.
Nəriman Baxşıyevin adına Bakıda və rayonlarda olan əmlakların sayı-hesabı yoxdur. Hər halda, məlumatlı mənbə belə deyir.

Adam həmin əmlakların bir çoxunu heç görməyib. Atasının vaxtilə arxivlərə əl qoyması bu gün oğul Baxşıyevi Azərbaycanın dörd bir yanında mal-mülk sahibi edib.
[img=left]http://cdn.medianews.az/2015/06/a`tlet-qeza`.jpg[/img]
Bundan başqa, əlimizdə Ç.Baxşıyevin Nəqliyyat Nazirliyindəki fəaliyyəti haqda da çox maraqlı, ilginc məlumatlar var. Məsələn, Çingiz Baxşıyev Avropa Oyunlarından əvvəl ölkəni tərk edib və gedərkən “baxarsınız, nələr olacaq” deyib. Onun nəyi nəzərdə tutduğunu isə yaxın çevrəsi ötən il Bakıda keçirilən Avropa Oyunlarının açılış günü Atletlər kəndindəki məlum qəzadan sonra xatırlayıblar. Həmin vaxt Ç.Baxşıyev xaricdə istirahətdə imiş. Onun dövlət səviyyəsində qeyd olunan tədbirdən öncə ölkəni tərk etməsinin səbəbləri haqda da bilgilər var. Nazir müşavirinin çoxşaxəli fəaliyyəti ilə bağlı araşdırmalarımız davam edir.
Mövzuya qayıdacağıq./Musavat.com/

E. MƏMMƏDƏLİYEV

Sabiq müşavir haqda sensasion məlumatlar - özəl dosye

  • 10-05-2016, 08:33
  • 652


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Ağdam rayon İcra Hakimyyətinin başçısı şəhidin qardaşını işdən çıxardı
  2. Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB
  3. MTN GENERALININ RÜŞVƏT ALDIĞI ŞƏXSLƏRİN ADLARI AÇIQLANDI - Siyahı
  4. “Azərişıq”in əməkdaşını cərəyan vurub öldürdü
  5. Prokurorluq Gəncədəki ölüm hadisəsi ilə bağlı məlumat yayıb
  6. İrəvanda Türkiyə bayrağı gəzdirənlər iranlı çıxdı?..- Ermənistan polisi...
  7. Araik Xocalı ərazisində sement zavodu acdı... YENİLƏNİB-FOTOLAR+VİDEO
  8. Sumqayıtda üçüncü dəfə evdən gedən gənc ana iki ay sonra Bakıda tapılıb
  9. Sabah Bakıda hava küləkli olacaq - Dağlıq rayonlara yağış yağacaq
  10. Sabunçunu daha kimlər TALAYIR... - İTTİHAM
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI