Azərbaycanlıların yaşadığı bina yandırıldı - Almaniyada

Azərbaycanlıların yaşadığı bina yandırıldı - Almaniyada


Almaniyanın Bavariya əyalətinin Noyştad-Valdnabe şəhərində azərbaycanlıların yaşadığı qaçqın düşərgəsində yanğın olub.

Xeberdar.net APA-ya istinadən xəbər verir ki, polis əməkdaşı orada yaşayan 19 şəxsdən heç birinin xəsarət almadığını açıqlayıb. Bavariyanın daxili işlər naziri Yoahim Hermann açıqlamasında yanğının ksenofobiya zəminində törədildiyini istisna etməyib. Mer Rupoert Tropmann yanğını dəhşətli hadisə adlandırıb. O, hadisədə ksenofobiya amili olması məsələsinə münasibət bildirərək spekulyasiyaya getmək istəmədiyini və işi polisin araşdırmalı olduğunu deyib.

Yanğın haqqında məlumat ötən gün saat 03.20 radələrində daxil olub. Noyştad-Valdnabedəki köhnə restoranda birinci mərtəbədə mebellərin bir hissəsi yanıb. Yanğının yayılmasının qarşısı tez bir zamanda alınıb. Sığınacaq şahidləri gecə saatlarında birinci mərtəbədən iki nəfərin qaçdığını görüblər. Daha bir nəfər isə binanın yaxınlığında onları gözləyib. Hazırda polis hadisəni araşdırır.

Polisin ilkin qiymətləndirməsinə əsasən maddi ziyan 500 avro dəyərindədir.

Həmin sığınacaqda Azərbaycandan olan 19 nəfər yerləşdirilib ki, onlardan 3-ü uşaqdır. Köhnə restoranın birinci mərtəbəsi oyun oynamaq üçün uşaqların istifadəsinə verilib. Şəhərin mərkəzindəki bu köhnə otel və restoran artıq 2 ildir ki, qaçqınları qəbul edir.

Almaniyada Azərbaycandan olan miqrantların yaşadığı düşərgənin yandırılması ilə əlaqədar məsələ Azərbaycanın Almaniyadakı Səfirliyinin diqqətindədir.

Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, XİN-in təlimatı əsasında Səfirlik məsələni Almaniyanın dövlət qurumları ilə araşdırır.

Azərbaycanlıların yaşadığı bina yandırıldı - Almaniyada

  • 21-08-2015, 22:20
  • 880


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Azərbaycanda tələbə “WhatsApp”da status yazıb intihar etdi - FOTO
  2. Astarada qadın qonşusunun verdiyi dərmandan öldü
  3. DSX-dən İrana CAVAB
  4. Azərbaycanda hamilə qadın peyvəndə görə tələbəlikdən imtina edib
  5. Bakıda DƏHŞƏT: 6 yaşlı uşaq diri-diri YANDI
  6. Sumqayıtda hamilə arvadını öldürən şəxsə hökm oxunub
  7. Sabiq icra başçısının həbs müddəti uzadılıb
  8. Azərbaycan-Gürcüstan-Türkiyə birgə gömrük komitəsinin fəaliyyət istiqamətləri açıqlanıb
  9. Qəbələdə karantin qaydalarını pozan toy təşkilatçıları cərimələnib
  10. Tehran rejiminin Azərbaycana qarşı törətdiyi təxribatlarla əlaqədar Milli Hərəkatçılar Birliyi bəyanat yaydı
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI