Ümid Partiyasının sədri İqbal Ağazadə Azərbaycan xalqını Cümhuriyyət Günü münasibəti ilə təbrik etdi

Ümid Partiyasının sədri İqbal Ağazadə  Azərbaycan xalqını Cümhuriyyət Günü münasibəti ilə təbrik etdi
Mayın 28-də Azərbaycan Demokratik Cümhuriyyətinin 98 yaşı tamam olur. Bu münasibətlə Ümid Partiyasının sədri İqbal Ağazadə Azərbaycan xalqını, Azərbaycandan kənarda yaşayan bütün soydaşlarımızı təbrik edib.
Təbrikdə deyilir:

“Əziz soydaşlarım!
Ölkəmizin müstəqilliyinin, suverenliyinin əbədi olmasını, torpaqlarımızın işğaldan azad edilməsini, xalqımızın firavan, azad, demokratik, bütün hüquqların qorunduğu bir cəmiyyətdə yaşamasını arzulayam.
1918-ci il 28 mayda müsəlman dünyasında ilk dünyəvi demokratik Respublikanın qurulması xalqımızın milli nailiyyətidir və əsrin əvvəllərində müstəqil dövlətçiliyimizin məhz respublika əsasında yaradılması xalqımızın demokratik ruha malik olması ilə bilavasitə bağlıdır. Azərbaycan Demokratik Cümhuriyyəti dünya respublikaçılıq təcrübəsindən və şimallı, cənublu Azərbaycan xalqının azadlıq ideyalarından bəhrələnmişdir. İki il ərzində mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin bəzi dövlətlərin yüz ildə həyata keçirə bilmədiyi islahatları həyata keçirməsi birinci Respublikanın banilərinin siyasi uzaqgörənliyindən, idarəçilik səriştəsindən, xalqa və dövlətə bağlılığından, sədaqətindən xəbər verir. Yeni dövrdə müstəqillik əldə etmiş Şimali Azərbaycanda Respublika elan olunması da Azərbaycan Xalq Cümhuriyyətinin mirasına əsaslanmışdır. Cümhuriyyətçilik ideyaları, müstəqillik və Azərbaycan Respublikasının bütövlüyü uğurundakı mübarizədə minlərlə insan canından keçərək şəhid olub. Bu gün Azərbaycanda yaşayan ən müxtəlif etnik qrupların nümayəndələri, Respublikamızın vətəndaşları çiyin-çiyinə müstəqilliyin daha da möhkəmlənməsi və demokratik idarəçiliyin qurulması uğrunda çalışmaqdadırlar.
Təəssüf ki, müstəqillik uğurunda mübarizə bizə itkisiz başa gəlməyib. Bu yolda şəhidlər vermiş, torpaqlarımızın 20%-dən çoxunu- Qarabağımızı itirmişik. İnsan haqları, demokratik azadlıqlar sahəsində problemlərimiz var. Regionda geosiyasi vəziyyət və idarəçilikdəki bəzi yanaşmalar, əsrin əvvəlində olduğu kimi müstəqilliyimiz üçün yeni xarici təhdidlər ümummilli problem olaraq qalmaqdadır.
Ümid Partiyası hesab edir ki, qarşıda duran bütün milli problemlərin həlli üçün respublikaçılıq, qanunların və hüququn aliliyi prinsipləri daim yüksəkdə tutulmalı, bu prinsiplər əsasında şərqdə ilk respublika qurmuş tarixi şəxsiyyətlərimiz təbliğ edilməli, insanımızda yüksək vətəndaşlıq şüuru formalaşdırılmalıdır.
Azərbaycan dövlətində yaşayan bütün insanları respublikaçılığı qorumağa, babalarımızın bizə miras qoyduğu dövləti yaşatmağa və azad, demokratik, hüquqi Azərbaycan Respublikası uğrunda fəal mübarizəyə qoşulmağa çağırıram.
Bir daha sizlərin hər birini Cümhuriyyət Günü münasibətilə təbrik edir və ölkənin demokratikləşməsi, dövlətçilik ənənələrinin güclənməsi və vətəndaş cəmiyyəti quruculuğunda uğurlar arzulayıram.”

İqbal Ağazadə
Ümid Partiyasının sədri


Ümid Partiyasının sədri İqbal Ağazadə Azərbaycan xalqını Cümhuriyyət Günü münasibəti ilə təbrik etdi

  • 28-05-2016, 12:28
  • 773


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. DYP piyadalara xəbərdarlıq etdi
  2. “Delta” ştammına yoluxanların ən çox şikayət etdiyi əlamətlər
  3. Almaniya millisinin olduğu təyyarə təcili eniş edib
  4. RUSİYA SÜLHMƏRAMLILARI İLƏ ERMƏNİLƏR ARASINDA QANLI İNSİDENT - İki sülhməramlı yaralanıb
  5. Bakıda 62 yaşlı kişi arı sancmasından ölüb
  6. Qubada 19 yaşlı qadın dünyaya üçəm gətirib
  7. Nazilə Gültac: "Məqsədimiz Qarabağ zəfərini ədəbi dillə dünyaya çatdırmaqdır"
  8. Yevlaxda stadionun mühafizəçisi iş yerində ölüb
  9. Azərbaycanda oğul atanı bıçaqladı
  10. Ramiz Göyüşovdan müsahibə alan jurnalist saxlanılıb - RƏSMİ
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI