Azay Quliyev ATƏT PA-nın vitse-prezidenti seçildi

Azay Quliyev ATƏT PA-nın vitse-prezidenti seçildi
Tbilisidə ATƏT-in Parlament Assambleyasının prezidenti və vitse-prezidentləri vəzifəsinə seçkilər keçirilib.

Xeberdar.net “Report”-a istinadən xəbər verir ki, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Azay Quliyev səs çoxluğu ilə beynəlxalq təşkilatın vitse-prezidenti seçilib.

Azərbaycanlı nümayəndənin namizədliyini 119 deputat dəstəkləyib. ATƏT PA-nın prezidenti vəzifəsinə isə Avstriyadan Kristin Muttonen seçilib.

Qeyd edək ki, ATƏT PA-nın prezidenti vəzifəsinə Gürcüstan, Fransa və Avstriyadan olan nümayəndələrin, vitse-prezidentləri postuna isə Azərbaycan, Litva, Rumıniya və Portuqaliyadan olan 4 deputatın namizədliyi irəli sürülmüşdü.

Xatırladaq ki, A.Quliyev 2013-cü ildən 2016-cı il iyulun 4-dək ATƏT-in Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini olub.
Xeberdar.net

Azay Quliyev ATƏT PA-nın vitse-prezidenti seçildi

  • 5-07-2016, 13:42
  • 566


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Ağdam rayon İcra Hakimyyətinin başçısı şəhidin qardaşını işdən çıxardı
  2. ABŞ və Türkiyə Ukraynanı silahlandırır – “Əgər Azərbaycanın təcrübəsi bizdə olsaydı...”
  3. Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB
  4. MTN GENERALININ RÜŞVƏT ALDIĞI ŞƏXSLƏRİN ADLARI AÇIQLANDI - Siyahı
  5. “Azərişıq”in əməkdaşını cərəyan vurub öldürdü
  6. Prokurorluq Gəncədəki ölüm hadisəsi ilə bağlı məlumat yayıb
  7. İrəvanda Türkiyə bayrağı gəzdirənlər iranlı çıxdı?..- Ermənistan polisi...
  8. Araik Xocalı ərazisində sement zavodu acdı... YENİLƏNİB-FOTOLAR+VİDEO
  9. Sumqayıtda üçüncü dəfə evdən gedən gənc ana iki ay sonra Bakıda tapılıb
  10. Sabah Bakıda hava küləkli olacaq - Dağlıq rayonlara yağış yağacaq
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI