Ümid Partiyasi jurnalistləri təbrik etdi

Ümid  Partiyasi   jurnalistləri təbrik etdi
Ümid Partiyasi jurnalistləri təbrik etdi

Ümid Partiyasının sədri İqbal Ağazadə Milli Mətbuatın 141 illiyi münasibətilə Azərbaycan jurnalistlərini təbrik edib.
Partiyanın Mətbuat Xidmətinən Xeberdar.net-ə daxil olan təbrikdə deyilir:

"Əsası Həsənbəy Zərdabi tərəfindən qoyulmuş Azərbaycanın milli mətbuatının yaranmasından 141 il ötür. Bu müddət ərzində Azərbaycan mətbuatı keşməkeşli bir tarix yaşayıb, ağır sınaqlardan keçib,şərəfli bir missiya daşıyıb.

Bütün dövrlərdə jurnalistlər peşə borcunu yerinə yetirərkən dövlətimizin və millətimizin maraqlarını qorumağa çalışmış, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında, ölkədə insan haqlarının qorunması və demokratikləşmə uğrunda mübarizədə əvəzsiz rol oynamış, Azərbaycanın imicinin yüksəldilməsi üçün əllərindən gələni etmişlər. Hər zaman bütün çətinliklər qarşısında Azərbaycan jurnalistikasının əzmkarlığının şahidi olmuşuq.

Təəssüflər olsun ki, hələ də Azərbaycan mətbuatında problemlər qalmaqdadır. Biz Ümid Partiyası olaraq bu problemlərin aradan qaldırılması, jurnalistlərin normal fəaliyyətinə şərait yaradılması üçün əlimizdən gələni etmişik və edəcəyik. Hesab edirik ki, mətbuatın problemləri dövlət səviyyəsində həll edilməlidir.

Bu şərəfli yolda, böyük və yenilməz Azərbaycan uğrunda mübarizədə sizə uğurlar arzu edirik.
Tanrı sizə yar olsun!".

Ümid Partiyasi jurnalistləri təbrik etdi

  • 21-07-2016, 20:09
  • 1 017


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Ağdam rayon İcra Hakimyyətinin başçısı şəhidin qardaşını işdən çıxardı
  2. ABŞ və Türkiyə Ukraynanı silahlandırır – “Əgər Azərbaycanın təcrübəsi bizdə olsaydı...”
  3. Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB
  4. MTN GENERALININ RÜŞVƏT ALDIĞI ŞƏXSLƏRİN ADLARI AÇIQLANDI - Siyahı
  5. “Azərişıq”in əməkdaşını cərəyan vurub öldürdü
  6. Prokurorluq Gəncədəki ölüm hadisəsi ilə bağlı məlumat yayıb
  7. İrəvanda Türkiyə bayrağı gəzdirənlər iranlı çıxdı?..- Ermənistan polisi...
  8. Araik Xocalı ərazisində sement zavodu acdı... YENİLƏNİB-FOTOLAR+VİDEO
  9. Sumqayıtda üçüncü dəfə evdən gedən gənc ana iki ay sonra Bakıda tapılıb
  10. Sabah Bakıda hava küləkli olacaq - Dağlıq rayonlara yağış yağacaq
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI