MTRŞ-nın ANS-in lisenziyasının ləğvi ilə bağlı qaldırdığı iddia üzrə məhkəmənin vaxtı açıqlanıb

MTRŞ-nın ANS-in lisenziyasının ləğvi ilə bağlı qaldırdığı iddia üzrə məhkəmənin vaxtı açıqlanıbMilli Televiziya və Radio Şurasının (MTRŞ) “ANS Müstəqil Yayım və Media” Şirkətinin fəaliyyətinə xitam verilməsi (lisenziyanın ləğvi) barədə məhkəmə iddiasına baxılacaq tarix açıqlanıb.

“Report”un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək hazırlıq iclası iyulun 29-na təyin edilib.

İşə hakim Ülvi Mayılovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq “ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması, 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırılması, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq “ANS ÇM Yayım və Media” Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edib.

Daha sonra MTRŞ “ANS Müstəqil Yayım və Media” Şirkətinə televiziya yayımı üçün verilmiş lisenziyanın ləğvi məsələsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.


Xeberdar.net

MTRŞ-nın ANS-in lisenziyasının ləğvi ilə bağlı qaldırdığı iddia üzrə məhkəmənin vaxtı açıqlanıb

  • 25-07-2016, 10:16
  • 520


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Azərsu"nun sədri işdən çıxarıldı - SƏRƏNCAM
  2. Daha iki şəhidimizin övladı dünyaya gəlib - FOTO
  3. Bakıda məhkəmə fırıldağı: sahibkar Ədliyyə Nazirliyinin girovuna çevrilib - Hüquq müdafiəçilərindən Prezidentə ŞOK MÜRACİƏT
  4. Alimpaşa Məmmədov maral ətini kimlərə satırmış? - TƏFƏRRÜAT
  5. Prezidentin köməkçisi və DSX rəisi Ermənistanla sərhəddə getdi - FOTO
  6. Hərbi Prokurorluq məlumat yayıb
  7. Sabahın hava proqnozu açıqlandı
  8. 15 yaşlı qızı zorlayan şəxs həbs edilib
  9. “Ermənistanla sərhədlərin demarkasiyası və delimitasiyası yekunlaşır” - Təhlükəsizlik Şurasının katibi
  10. Fransa Əlcəzairdə keçirdiyi dəhşətli nüvə sınaqlarının cəzasını çəkməyə başladı...
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI