Əsəd-PKK ittifaqı Türkiyəni vurur

Əsəd-PKK ittifaqı Türkiyəni vurur

İran və Suriyanın PKK ilə ittifaq qurduğu təsdiqini tapır.

Xeberdar.net Axar.az-a istinadən xəbər verir ki, sabiq türk diplomatı, yazar Akın Özçər bu iddia ilə çıxış edib.

Siyasi ekspertin fikrincə, PKK-nın AKP-yə qarşı düşmənçilik siyasətinin kökündə kürd silahlı birləşməsinin Bəşər Əsədlə ittifaqı dayanır.

Keçmiş diplomat hesab edir ki, Ərdoğanın “kürd açılımı” siyasəti pis-yaxşı davam etdiyi bir vaxtda PKK-nın atəşkəsi pozması Türkiyə-Suriya müharibəsinin göstəricisidir:

“Yəni, Suriya rejimi onun iqtidardan getməsini istəyən AKP hökuməti ilə Türkiyənin içində PKK vasitəsilə müharibə aparır.

Belə görünür ki, Əsəd hakimiyyətdən getməsə, PKK-nın siyasəti dəyişməyəcək. Ortalığı qarışdıranlar Ərdoğanın Suriya siyasətini tənqid edirlər. Yəni PKK və müxalif partiyalar Türkiyənin Rusiya və İranla birlikdə Əsədə dəstək verməsini istəyirlər. Mən Əsədin PKK-nın simasında Türkiyə ilə savaşdığını görürəm”.

Əsəd-PKK ittifaqı Türkiyəni vurur

  • 26-08-2015, 17:28
  • 1 084


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Azərbaycanda tələbə “WhatsApp”da status yazıb intihar etdi - FOTO
  2. Astarada qadın qonşusunun verdiyi dərmandan öldü
  3. DSX-dən İrana CAVAB
  4. Azərbaycanda hamilə qadın peyvəndə görə tələbəlikdən imtina edib
  5. Bakıda DƏHŞƏT: 6 yaşlı uşaq diri-diri YANDI
  6. Sumqayıtda hamilə arvadını öldürən şəxsə hökm oxunub
  7. Sabiq icra başçısının həbs müddəti uzadılıb
  8. Azərbaycan-Gürcüstan-Türkiyə birgə gömrük komitəsinin fəaliyyət istiqamətləri açıqlanıb
  9. Qəbələdə karantin qaydalarını pozan toy təşkilatçıları cərimələnib
  10. Tehran rejiminin Azərbaycana qarşı törətdiyi təxribatlarla əlaqədar Milli Hərəkatçılar Birliyi bəyanat yaydı
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI