Putinin Bakıya səfəri Rusiya Təhlükəsizlik Şurasında müzakirə olunub

Putinin Bakıya səfəri Rusiya Təhlükəsizlik Şurasında müzakirə olunub
Rusiya prezidenti Vladimir Putinin rəhbərliyi altında Təhlükəsizlik Şurasının daimi üzvlərinin iclası keçirilib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, iclasda Vladimir Putinin Azərbaycan, İran, Türkiyə və Ermənistan prezidentləri ilə keçirdiyi görüşlərdə əldə olunan razılıqlar müzakirə olunub.

Bundan başqa iclasda Krım yarımadası əhalisinin təhlükəsizliyinin təmin olunması ilə bağlı əlavə tədbirlərin görülməsi, o cümlədən Rusiya daxilindəki sosial-iqtisadi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Rusiya Təhlükəsizlik Şurasının daimi üzvlərinin iclasında baş nazir Dmitri Medvedev, Prezident Administrasiyasının rəhbəri Sergey İvanov, Dövlət Dumasının sərdi Sergey Narışkin, daxili işlər naziri Vladimir Kolokoltsev, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin direktoru Mixail Fradkov və Təhlükəsizlik Şurasının katibi Rəşid Nurqaliyev iştirak ediblər.

Putinin Bakıya səfəri Rusiya Təhlükəsizlik Şurasında müzakirə olunub

  • 11-08-2016, 16:54
  • 802


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Ağdam rayon İcra Hakimyyətinin başçısı şəhidin qardaşını işdən çıxardı
  2. Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB
  3. MTN GENERALININ RÜŞVƏT ALDIĞI ŞƏXSLƏRİN ADLARI AÇIQLANDI - Siyahı
  4. “Azərişıq”in əməkdaşını cərəyan vurub öldürdü
  5. Prokurorluq Gəncədəki ölüm hadisəsi ilə bağlı məlumat yayıb
  6. İrəvanda Türkiyə bayrağı gəzdirənlər iranlı çıxdı?..- Ermənistan polisi...
  7. Araik Xocalı ərazisində sement zavodu acdı... YENİLƏNİB-FOTOLAR+VİDEO
  8. Sumqayıtda üçüncü dəfə evdən gedən gənc ana iki ay sonra Bakıda tapılıb
  9. Sabah Bakıda hava küləkli olacaq - Dağlıq rayonlara yağış yağacaq
  10. Sabunçunu daha kimlər TALAYIR... - İTTİHAM
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI