Bakıda zirzəmisini su basmış binaların sayı açıqlanıb

Bakıda zirzəmisini su basmış binaların sayı açıqlanıb“Bu ilin birinci rübündə Bakıda su ilə dolu 238 zirzəmi aşkarlanıb”.

Bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, həmin zirzəmilərin bir hissəsinə kanalizasiya xətlərində yaranan nasazlıq nəticəsində su dolub, digər hissəsini isə qrunt suları basıb.
Mərkəzin şöbə müdiri qeyd edib ki, zirzəmilərdən götürülən su nümunələri qurumun labortiyalarında analiz olunur: “Suyun mənşəyini aydınlaşdırmaq və hansısa xəstəliklərə səbəb olub-olmadığını araşdırmaq bizim işimizdir. Analizlərin nəticələri barədə müvafiq icra hakimiyyəti orqanlarına təkliflər göndəririk”.

Z.Kazımov deyib ki, bu kimi hallar Bakının əksər rayonlarında qeydə alınır: “Ən çox Qaradağ və Xətai rayonlarında su yığılan zirzəmilərə rast gəlinir. Belə hallar daha çox 9 mərtəbəli hündür binaların zirzəmilərində müşahidə olunur. Hansı ki həmin binalar SSRİ vaxtında inşa olunub və orada demək olar ki, indiyə qədər kommunikasiya xətlərinin təmiri aparılmayıb”. (Report)

Bakıda zirzəmisini su basmış binaların sayı açıqlanıb

  • 17-08-2016, 14:52
  • 580


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. İctimai Birliklərin “ Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyası Tarif Şurasının qərarına etiraz etdi- Mövqe
  2. Xəstəxana direktoru rüşvət alarkən saxlanılıb
  3. "Veysəloğlu" şefinə AĞIR İFADƏLƏR... - "Sənin kimilərdən Hacı Zeynalabdin olmadı..."
  4. İki uşaq anası özünü binadan atdı
  5. İki azərbaycanlıya 32 il HƏBS CƏZASI: Basqın, qarət və ...
  6. Bakıda avtomobil piyadaları vurdu - ANBAAN VİDEO
  7. Ərdoğandan Zəngəzur dəhlizi AÇIQLAMASI
  8. Bərdədə hamilə qadın doğuşda ÖLDÜ
  9. Sahibə Qafarova beynəlxalq təşkilatların “Dağlıq Qarabağ münaqişəsi” ifadəsini işlətməsinə etiraz edib
  10. Hollivud ulduzu operatoru öldürdü, rejissoru yaraladı
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI