Lənkəranda minik avtomobili ilə yük maşını toqquşub, ölən və xəsarət alanlar var

Lənkəranda minik avtomobili ilə yük maşını toqquşub, ölən və xəsarət alanlar var
Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, ötən gecə Ələt-Astara magistralının 202-ci kilometrliyində, Şilavar kəndində Bakının Qaradağ rayon sakini, 1984-cü il təvəllüdlü İlham Rəşad oğlu Dəmirovun idarə etdiyi “KamAZ” markalı, 90 BE 061 dövlət nömrə nişanlı yük maşını Lerik rayonunun Piran kənd sakini, 1965-ci il təvəllüdlü Əlimərdan Ayaz oğlu Məmmədovun idarə etdiyi “VAZ-2107” markalı, 42 BJ 253 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Güclü zərbədən minik avtomobilinin sürücüsü və 4 sərnişini - Lerikin Bobla kənd sakinləri Həqiqət Quliyeva, Vilayət Hüseynov, Günəş Hüseynova və Qismət Kazımov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Həkimlərin səylərinə baxmayaraq, Əlimərdan Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. Digər xəsarət alanların vəziyyəti isə stabildir.
İlkin versiya kimi qəzanın “VAZ-2107”-nin “KAMAZ”-ın qarşısına çıxması səbəbindən baş verdiyi ehtimal olunur. Hadisən dəqiq təfərrüatı həyata keçirilən avto-texniki ekspertizanın yekun rəyindən sonra məlum olacaq.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi başlanıb.
Xeberdar.net

Lənkəranda minik avtomobili ilə yük maşını toqquşub, ölən və xəsarət alanlar var

Lənkəranda minik avtomobili ilə yük maşını toqquşub, ölən və xəsarət alanlar var

  • 30-08-2016, 09:37
  • 737


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Azərbaycanda tələbə “WhatsApp”da status yazıb intihar etdi - FOTO
  2. Astarada qadın qonşusunun verdiyi dərmandan öldü
  3. DSX-dən İrana CAVAB
  4. Azərbaycanda hamilə qadın peyvəndə görə tələbəlikdən imtina edib
  5. Bakıda DƏHŞƏT: 6 yaşlı uşaq diri-diri YANDI
  6. Sumqayıtda hamilə arvadını öldürən şəxsə hökm oxunub
  7. Sabiq icra başçısının həbs müddəti uzadılıb
  8. Azərbaycan-Gürcüstan-Türkiyə birgə gömrük komitəsinin fəaliyyət istiqamətləri açıqlanıb
  9. Qəbələdə karantin qaydalarını pozan toy təşkilatçıları cərimələnib
  10. Tehran rejiminin Azərbaycana qarşı törətdiyi təxribatlarla əlaqədar Milli Hərəkatçılar Birliyi bəyanat yaydı
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI