Ərdoğan Obamaya Türkiyənin PYD-nin Suriyada terror koridoru yaratmasına icazə verməyəcəyini bildirib

Ərdoğan Obamaya Türkiyənin PYD-nin Suriyada  terror koridoru yaratmasına icazə verməyəcəyini bildirib
“Türkiyə və ABŞ arasında model ortaqlıq mövcuddur, iki ölkə arasında münasibətlər xüsusidir”.

Xeberdar.net Türkiyə mətbuatına istinadən məlumata verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Barak Obama ilə keçirilən və 45 dəqiqə davam edən geniştərkibli görüşdən sonra bildirib.

Türkiyə prezidenti vurğulayıb ki, bütün terror təşkilatlarına qarşı eyni mövqe ortaya qoymalıyıq, yaxşı və pis terrorçu yoxdur: "Türkiyədə terror və hərbi çevriliş cəhdinin arxa-arxaya gəlməsi diqqət çəkir. Türkiyə Suriyada və İraqda terrora qarşı mübarizə aparır. Təmənnamız odur ki, Türkiyənin cənubunda, Suriyanın şimalında bir terror koridoru yaranmasın. Koalisiya ortaqlarımızla bu sahədə mübarizə aparırıq və bu mübarizədən qalib çıxacağımıza inanıram”.

Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin ABŞ-dan Türkiyəyə ekstradisiyası məsələsinə toxunan R. T. Ərdoğan bildirib ki, 15 iyul hərbi çevrilişindən sonra hazırlanan sənəd də ABŞ-a göndəriləcək.

B. Obama isə Türkiyənin suriyalı miqrantları qəbul etdiyi üçün təşəkkür edib və bu istiqamətdə Türkiyəyə dəstək verilməsinin zəruri olduğunu bildirib: “Dostluğumuzun, ittifaqımızın davam etməsini arzu edirəm”.

Qeyd edək ki, PKK terror təşkilatının Suriya qolu olan PYD Suriyanın şimalında, Türkiyə sərhədi boyunca elan etdiyi 3 kontonu birləşdirərək dövlət yaratmağa çalışır. Suriyada müxalif Azad Suriya Ordusu ilə birlikdə İŞİD-ə qarşı “Fərat qalxanı” əməliyyatını həyata keçirən Türkiyə əsas məqsədlərindən birinin də PYD-nin koridor yaratmasının qarşısını almaq olduğunu dəfələrlə bəyan edib.
Xeberdar.net

Ərdoğan Obamaya Türkiyənin PYD-nin Suriyada terror koridoru yaratmasına icazə verməyəcəyini bildirib

  • 4-09-2016, 09:38
  • 747


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. DYP piyadalara xəbərdarlıq etdi
  2. “Delta” ştammına yoluxanların ən çox şikayət etdiyi əlamətlər
  3. Almaniya millisinin olduğu təyyarə təcili eniş edib
  4. RUSİYA SÜLHMƏRAMLILARI İLƏ ERMƏNİLƏR ARASINDA QANLI İNSİDENT - İki sülhməramlı yaralanıb
  5. Bakıda 62 yaşlı kişi arı sancmasından ölüb
  6. Qubada 19 yaşlı qadın dünyaya üçəm gətirib
  7. Nazilə Gültac: "Məqsədimiz Qarabağ zəfərini ədəbi dillə dünyaya çatdırmaqdır"
  8. Yevlaxda stadionun mühafizəçisi iş yerində ölüb
  9. Azərbaycanda oğul atanı bıçaqladı
  10. Ramiz Göyüşovdan müsahibə alan jurnalist saxlanılıb - RƏSMİ
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI