Bakıda şirkətdən 65 min dollar apardılar

Bakıda şirkətdən 65 min dollar apardılar

Bakıda tanınmış holdinqdən külli məbləğdə pul oğurlanıb.

Xeberdar.net xəbər verir ki, bu barədə “Report”a Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsindən məlumat verilib.
Belə ki, “Qaraçay Holdinq”in Xətai rayonunda yerləşən ofisindən içərisində 65 min dollar olan seyf oğurlanıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, “Qaraçay Holdinq”in fəaliyyət dairəsinə kənd təsərrüfatı, inşaat və kənd təsərrüfatı texnikasının satışı, atçılıq idmanı və digər sahələr daxildir.
10-a yaxın şirkətdən ibarət “Qaraçay Holdinq” Azərbaycanın 18 nazırliyi və bir çox hökümət orqanları ilə əməkdaşlıq edir.
Holdinqin tərkibinə “Garachay Construction” (tikinti, layihələndirmə, dizayn və s.), “Original motors” (inşaat və kənd təsərrüfatı texnikasının satışı), “Turyancay Fermer” (postsovet məkanda ən iri fermalardan biri kimi tanınan maldarlıq ferması - burada 3000-dən çox mal-qara mövcuddur, burada həmçinin 10 hektar sahə meyvə, giləmeyvə, tərəvəz və s. bitkilərin yetişdirilməsi üçün istixananın yaradılması, süd istehsalı nəzərdə tutulub), “Beyaz” (özəl sifarışlərin icra olunması ilə məşğul olan tikinti şirkəti), “Arzu” atçılıq klubu (müxtəlif cinsli, sayı 50-yə yaxın atın bəsləndiyi atçılıq klubu), “Garachay Asfalt” (öz yolbasanları və asfaltadüzənləri olan asfalt zavodu), “Garachay beton” (beton pompaları, özüboşaldanları və s. olan müxtəlif markalarda betonun istehsalı üçün 4 beton zavodu) daxildir.
Holdinqə daxil olan “Garachay Construction” Azərbaycan ərazisində ən iri inşaat şirkətlərindən biridir. Şirkət fəaliyyətə 2000-ci ildən başlayıb. 2000-ci ilin əvvəlindən indiyə qədər şirkət mürəkkəbliyi müxtəlif olan 500-dən çox layihəni yerinə yetirib. Şirkət tək Azərbaycanda yox, Qazaxıstan, Türkiyə, Mərakeş və s. kimi ölkələrdə fəaliyyət göstərir.
Şirkət “Sərhədçi” İdman Olimpiya Kompleksi, ədliyyə və muzey binalarını, Gəncə və Bərdədə Müalicə və Diaqnostika Mərkəzlərini inşa edib, hazırda isə Səfərbərlik və Hərbi Ximətə Çağırış üzrə Dövlət Xidməti, Dövlət Miqrasiya Xidmətinin, Sərhəd Xidmətininin yeni hospitalını və s. inzibati binaları tikir.

Bakıda şirkətdən 65 min dollar apardılar

  • 31-08-2015, 13:42
  • 861


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Ağdam rayon İcra Hakimyyətinin başçısı şəhidin qardaşını işdən çıxardı
  2. ABŞ və Türkiyə Ukraynanı silahlandırır – “Əgər Azərbaycanın təcrübəsi bizdə olsaydı...”
  3. Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB
  4. MTN GENERALININ RÜŞVƏT ALDIĞI ŞƏXSLƏRİN ADLARI AÇIQLANDI - Siyahı
  5. “Azərişıq”in əməkdaşını cərəyan vurub öldürdü
  6. Prokurorluq Gəncədəki ölüm hadisəsi ilə bağlı məlumat yayıb
  7. İrəvanda Türkiyə bayrağı gəzdirənlər iranlı çıxdı?..- Ermənistan polisi...
  8. Araik Xocalı ərazisində sement zavodu acdı... YENİLƏNİB-FOTOLAR+VİDEO
  9. Sumqayıtda üçüncü dəfə evdən gedən gənc ana iki ay sonra Bakıda tapılıb
  10. Sabah Bakıda hava küləkli olacaq - Dağlıq rayonlara yağış yağacaq
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI