Nüşabə Ələsgərli konsertdən imtina etdi

 Nüşabə Ələsgərli konsertdən imtina etdi

Əməkdar artist Nüşabə Ələsgərli konsert verməkdən imtina edib.

Xeberdar.net bildirir ki, bu haqda Axşam.az-a müğənni özü deyib. O, təşkilatçıların təklifinə "yox" deməsinin səbəbini açıqlayıb:

“Konsert sentyabrın 22-də və 23-də olacaqdı. Vaxt az idi. Mən başdansovdu edə bilməzdim. Gözəl, səviyyəli konsertə hazırlaşmaq üçün 2 ay vaxt lazımdır. Tamaşaçı qarşısında necə gəldi oxuya bilmərəm”.

N.Ələsgərli konsertlərdəki bilet satışlarından da söz açıb:

“İndi konsertlərdə biletlərin 80 faizi dəvətnamə şəklində paylanılır. 20 faizi isə satılır. Biletlərin yaxşı satılması üçün yüksək səviyyədə reklam lazımdır. Bir də gərək müğənni tamaşaçıya özünü sevdirməyi bacarsın”.

Yay istirahətindən danışan N.Ələsgərli bu il Antalyada dincəldiyini deyib:

“Ötən il istirahət edə bilməmişdim. Amma bu il yaxşı gəzdim, dincəldim. Ailəmlə birlikdə əvvəlcə Antalyaya getdik, daha sonra isə Azərbaycanın bölgələrinə yollandıq”.

Nüşabə Ələsgərli konsertdən imtina etdi

  • 1-09-2015, 14:46
  • 1 053


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Azərbaycanda tələbə “WhatsApp”da status yazıb intihar etdi - FOTO
  2. Astarada qadın qonşusunun verdiyi dərmandan öldü
  3. DSX-dən İrana CAVAB
  4. Azərbaycanda hamilə qadın peyvəndə görə tələbəlikdən imtina edib
  5. Bakıda DƏHŞƏT: 6 yaşlı uşaq diri-diri YANDI
  6. Sumqayıtda hamilə arvadını öldürən şəxsə hökm oxunub
  7. Sabiq icra başçısının həbs müddəti uzadılıb
  8. Azərbaycan-Gürcüstan-Türkiyə birgə gömrük komitəsinin fəaliyyət istiqamətləri açıqlanıb
  9. Qəbələdə karantin qaydalarını pozan toy təşkilatçıları cərimələnib
  10. Tehran rejiminin Azərbaycana qarşı törətdiyi təxribatlarla əlaqədar Milli Hərəkatçılar Birliyi bəyanat yaydı
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI