Bakıda minik maşını benzindaşıyan avtomobilə çırpıldı

Bakıda minik maşını benzindaşıyan avtomobilə çırpıldı


Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.


Xeberdar.net APA-ya istinadən xəbər verir ki, qəza Zabrat-Maştağa yolunda qeydə alınıb.

VAZ-21072 markalı minik maşını Maştağa qəsəbəsi istiqamətində hərəkətdə olarkən qarşıda gedən və "Azpetrol" şirkətinə məxsus MAN markalı benzindaşıyan avtomobilə arxadan çırpılıb. Qəza nəticəsində minik maşının sürücüsü, 40 yaşlı Ağayev Elman Şirin oğlu və sərnişin, 38 yaşlı Quliyev Rövşən Əhmədağa oğlu hadisə yerində ölüblər, avtomobildəki digər sərnişinlər - 42 yaşlı Əzizov Mirvaleh Mirsaleh oğlu və 33 yaşlı Şərifov Əli Arif oğlu ağır xəsarətlər alıblar. Hər iki yaralı 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

İlkin ehtimala görə, qəzaya VAZ-21072 markalı avtomobilin sürücüsünün sürət həddini aşması səbəb olub.

Qeyd edək ki, MAN markalı yük maşını hadisə baş verən vaxt Zabrat-Maştağa yolunda geriyə dönüş edirmiş.

Bakıda minik maşını benzindaşıyan avtomobilə çırpıldı

  • 1-09-2015, 15:11
  • 973


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Ağdam rayon İcra Hakimyyətinin başçısı şəhidin qardaşını işdən çıxardı
  2. ABŞ və Türkiyə Ukraynanı silahlandırır – “Əgər Azərbaycanın təcrübəsi bizdə olsaydı...”
  3. Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB
  4. MTN GENERALININ RÜŞVƏT ALDIĞI ŞƏXSLƏRİN ADLARI AÇIQLANDI - Siyahı
  5. “Azərişıq”in əməkdaşını cərəyan vurub öldürdü
  6. Prokurorluq Gəncədəki ölüm hadisəsi ilə bağlı məlumat yayıb
  7. İrəvanda Türkiyə bayrağı gəzdirənlər iranlı çıxdı?..- Ermənistan polisi...
  8. Araik Xocalı ərazisində sement zavodu acdı... YENİLƏNİB-FOTOLAR+VİDEO
  9. Sumqayıtda üçüncü dəfə evdən gedən gənc ana iki ay sonra Bakıda tapılıb
  10. Sabah Bakıda hava küləkli olacaq - Dağlıq rayonlara yağış yağacaq
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI