Yanan bina ilə bağlı İLGİNC FAKTLAR

 Yanan bina ilə bağlı İLGİNC FAKTLAR



Faciə ilə üzləşən binanın sakinləri poliuretan üzlüklər vurulmasına etiraz edib, amma məhəl qoyulmayıb

“Binanın yanmasına səbəb poliklinikanın damının üzərindəki zibilin alışması olub. Bir dəqiqə ərzində bina alovlandı. Mən su aparıb yanan yerə töküncə mənzilim mətbəxi alışmağa başladı. Mən dördüncü mərtəbədə yaşayıram. Mən, həyat yoldaşım və azyaşlı iki uşağım binanın dəhlizinə qaçaraq çıxdıq. Dəhlizdə adamdan tərpənmək mümkün deyildi. Binadan salamat çıxan axırıncı ailə biz olduq. 17 mərtəbəli binanın lift aylardır işləmir. Bax bu səbəbdən ölənlərin və zəhərlənənlərin sayı çox oldu”.

Bu sözləri yanğın baş vermiş Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının, 33 nömrəli mənzilinin sahibi Orxan Kərimov bildirdi.

Onun sözlərinə görə, təkcə ev əşyalarına görə, 50 min manat zərər dəyib: “Binanın fasadına vurulan poliuretan üzlüyü yanmağa həssas olduğu üçün bina göz qırpımında alova təslim oldu”.

Binanın sakinlərindən olan Vəfa Məmmədova isə binanın damdan aşağı yandığını bildirdi: “Ol bilsin, binanın damından yanan hər hansısa bir əşya poliklinkanın damının üzərində olan zibilə düşərək onu da yandırıb. Nəticədə binamız həm aşağıdan, həm də yuxarından yanmağa başlayıb”.
Zərərçəkənlər bildirdilər ki, onlar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən binanın fasadına poliuretan üzlüyünün vurulmasına qarşı çıxıblar. Sakinlərə üzlüyün onların həyatına təhlükə yaratmadığı deyilib. Binanın fasadı poliuretanla üzlənməmişdən bir neçə ay öncə rənglənmişdi. Sonra rəngi pozaraq binanın fasadın oda həssas olan materialla üzləyiblər.

Şahidi olduq ki, hadisə nəticəsində həyatın itirən məktəblilərin xatirəsi onların sinif yoldaşları tərəfindən anıldı. Onlar yanan binanın qarşısına qərənfillər düzdülər.

Öyrəndik ki, fövqaladə hadisə ilə bağlı olaraq 5 saylı polis bölməsində qərargah yaradılıb. Ailələrə 1000 manat kompensasiya verilir.

Sakinlər yanmayan mənzillərdəki əşyaları dünən səhər saatlarından başlayaraq daşınmağa başlamışdı. Polislə sakinlər arasında tez-tez ixtilaflar yaranırdı.

Bina sakini Nadir Qarayev də polisdən və icra hakimiyyətinin nümayəndələrindən şikayət etdi: “Bizim onsuzda dərdimiz var. Binaya girib-çıxmağımıza mane olurlar. Bizə kömək edən yoxdur. Məcburən qohumlarımızı, dostlarımızı çağırmışıq ki, yanmayan əşyalarımızı daşısınlar. Polis onları binaya buraxmır. Dəfələrlə mübahisə etsək də bunun xeyri yoxdur. Bizimlə elə davranırlar sanki evimizi özümüz yandırmışıq. Polislər bizi başa düşmək istəmir. Yerli icra hakimiyyəti isə ev əşyalarımızı daşımaq üçün bizi avtomobillə təmin etməyib. Deyənə görə, Prezident tapşırıq verib bizə kömək edilsin, bəs niyə məmurlar tapşırığı icra etmir?”

Onu da öydəndik ki, evləri yanmış sakinlərin koteclərdə və sanatoriyalarda müvəqqəti yerləşdirilməsi nəzərdə tutulur. Həmsöhbət olduğum sakinlərin əksəriyyəti bildirdi ki, onlar qohumlarının evlərinə yerləşiblər.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abulatlıbov sakinlərə vəd verib ki, bu günün ikinci yarısına qədər əhaliyə dəyən ziyanın orta məbləği müəyyən ediləcək. Evi yananlara ən yüksək məbləğdə kompensasiya veriləcək. Həmçinin, məktəbə gedən uşaqlar üçün avtobuslar təşkil olunacağı vəd olunub.

Yanan bina ilə bağlı İLGİNC FAKTLAR

  • 21-05-2015, 13:52
  • 1 342


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Ağdam rayon İcra Hakimyyətinin başçısı şəhidin qardaşını işdən çıxardı
  2. Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB
  3. MTN GENERALININ RÜŞVƏT ALDIĞI ŞƏXSLƏRİN ADLARI AÇIQLANDI - Siyahı
  4. Prokurorluq Gəncədəki ölüm hadisəsi ilə bağlı məlumat yayıb
  5. “Azərişıq”in əməkdaşını cərəyan vurub öldürdü
  6. İrəvanda Türkiyə bayrağı gəzdirənlər iranlı çıxdı?..- Ermənistan polisi...
  7. Araik Xocalı ərazisində sement zavodu acdı... YENİLƏNİB-FOTOLAR+VİDEO
  8. Sumqayıtda üçüncü dəfə evdən gedən gənc ana iki ay sonra Bakıda tapılıb
  9. Sabah Bakıda hava küləkli olacaq - Dağlıq rayonlara yağış yağacaq
  10. Sabunçunu daha kimlər TALAYIR... - İTTİHAM
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI