Malayziyanın “Star” qəzetində dünya şöhrətli xanəndə Alim Qasımov haqqında məqalə dərc edilib

Malayziyanın “Star” qəzetində dünya şöhrətli xanəndə Alim Qasımov haqqında məqalə dərc edilib

Malayziyada ingilis dilində yayımlanan “Star” qəzetində Azərbaycanın tanınmış muğam ustası Alim Qasımovun cari ilin sentyabrında keçiriləcək “Diverse City 2015: Kuala-Lumpur” Beynəlxalq İncəsənət Festivalı çərçivəsində Petronas filarmoniyasında çıxış edəcəyi barədə növbəti məqalə dərc olunub.

Məqalə islandiyalı müğənni-bəstəkar Byorkun Alim Qasımov haqqında dediyi - “Bu gün sevimli müğənnim yaşayır” ifadəsi ilə başlayır. Yazıda 58 yaşlı sənətkarın Azərbaycanın qabaqcıl muğam ustalarından biri olduğu və dünya musiqi səhnəsində özünəməxsus yer tutduğu bildirilir.

Alim Qasımovun ansamblının sentyabrın 7-də Petronas filarmoniyasında çıxış edəcəyi, “Pusaka” qeyri-kommersiya təşkilatı tərəfindən təşkil olunan Festival çərçivəsində digər tanınmış sənətkarların, o cümlədən Pakistanın qaval ustaları Mehr və Sehr Alinin onunla səhnəni bölüşəcəyi qeyd olunur. Festivalda, həmçinin Vyetnam və Myanma incəsənət qruplarının da iştirak edəcəyi vurğulanır.

Yazıda daha sonra muğam haqqında ətraflı məlumat verilir. Bildirilir ki, klassik poeziya və musiqi improvizasiyasını özündə birləşdirən muğam Azərbaycanın qədim xalq sənəti nümunəsidir, bu sehrli janr Alim Qasımov və qızı Fərqanə tərəfindən Malayziya tamaşaçılarına təqdim olunacaq.

Bundan əlavə, A.Qasımovun dünyanın bir sıra tanınmış musiqiçiləri, o cümlədən San-Fransiskoda yerləşən “Kronos Quartet” simli kvarteti, Amerikalı müğənni-bəstəkar Cef Bakli (Jeff Buckley) ilə əməkdaşlıq etdiyi bildirilir.

UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edilmiş muğam sənətinin yeddi əsas növünün olduğu və onların hər birinin özünəməxsus musiqi çalarları ilə seçilməsi barədə məlumatlar da məqalədə öz əksini tapıb.

Malayziyanın “Star” qəzetində dünya şöhrətli xanəndə Alim Qasımov haqqında məqalə dərc edilib

  • 2-09-2015, 16:28
  • 1 139


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. İctimai Birliklərin “ Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyası Tarif Şurasının qərarına etiraz etdi- Mövqe
  2. Sabahın hava proqnozu açıqlanıb
  3. Xəstəxana direktoru rüşvət alarkən saxlanılıb
  4. "Veysəloğlu" şefinə AĞIR İFADƏLƏR... - "Sənin kimilərdən Hacı Zeynalabdin olmadı..."
  5. İki uşaq anası özünü binadan atdı
  6. İki azərbaycanlıya 32 il HƏBS CƏZASI: Basqın, qarət və ...
  7. Bakıda avtomobil piyadaları vurdu - ANBAAN VİDEO
  8. Ərdoğandan Zəngəzur dəhlizi AÇIQLAMASI
  9. Bərdədə hamilə qadın doğuşda ÖLDÜ
  10. Sahibə Qafarova beynəlxalq təşkilatların “Dağlıq Qarabağ münaqişəsi” ifadəsini işlətməsinə etiraz edib
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI