İqbal Ağazadə Azərbaycan xalqını təbrik etdi

İqbal Ağazadə Azərbaycan xalqını təbrik etdi
Dövlət müstəqilliyimizin bərpasının 25-ci ildönümü münasibəti ilə Ümid Partiyasının sədri İqbal Ağazadə Azərbaycan xalqını təbrik etdi

Paetiyanın Mətbuat Xidmətindən Xeberdar.net-ə daxil olan təbrikdə deyilir:

Əziz soydaşlarım!

“Sizi millətin və dövlətin tarixində ən şərəfli və müstəsna hadisə olan18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsi hələ 20-ci əsrin əvvəlindən başlayıb. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaranıb. 1920-ci il aprel işğalından sonra da mübarizə açıq və gizli şəkildə davam etdirilib. Xalq Cümhuriyyətinin müstəqillik ideyasını xalqın yaddaşında yaşadan və bu yolda həyatını itirən minlərlə ziyalımızın, fikir adamının, vətən fədailərinin mübarizəsi nəticəsində 1991-ci ilin 18 oktyabrında Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Bu gün xalqımızın həyatında müstəsna əhəmiyyətə malik, Azərbaycan tarixinə qızılı həriflərlə yazılmış bir gündür. Ömrünü dövlətin azadlığı və müstəqilliyinə həsr etmiş, bu yolda bütün təzyiqlərə, çətinliklərə, ölüm hədələrinə, repressiyalar sinə gərmiş Azərbaycan xalqı üçün müstəqilliyin əhəmiyyətini sözlə ifadə etmək mümkün deyil.

Canını vətənin müstəqilliyi və suverenliyi uğrunda qurban verməkdən çəkinməyən bütün şəhidlərimiz və qazilərimiz həmişə qürur hissi ilə yad edilməlidir.

Çətinliklə qazanılan müstəqilliyi qorumaq, inkişaf etdirmək də hər bir vətəndaşdan daha böyük iradə və məsuliyyət tələb edir. Son dövrlər regionda baş verən proseslər Azərbaycanın müstəqilliyinə təhlükə yaradır və məsuliyyətimizi daha da artırır. Bu səbəbdən bütün soydaşlarımızı Azərbaycanın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması məsələsində məsuliyyətli olmağa və birliyə çağırıram.

Bir daha sizlərin hər birinizi Müstəqilliyin Bərpasının 25-ci ildönümü münasibətilə təbrik edir, müstəqilliyimizin, azadlığımızın əbədi olmasını arzulayıram”.

Xeberdar.net

İqbal Ağazadə Azərbaycan xalqını təbrik etdi

  • 18-10-2016, 14:29
  • 921


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. DYP piyadalara xəbərdarlıq etdi
  2. “Delta” ştammına yoluxanların ən çox şikayət etdiyi əlamətlər
  3. Almaniya millisinin olduğu təyyarə təcili eniş edib
  4. RUSİYA SÜLHMƏRAMLILARI İLƏ ERMƏNİLƏR ARASINDA QANLI İNSİDENT - İki sülhməramlı yaralanıb
  5. Bakıda 62 yaşlı kişi arı sancmasından ölüb
  6. Qubada 19 yaşlı qadın dünyaya üçəm gətirib
  7. Nazilə Gültac: "Məqsədimiz Qarabağ zəfərini ədəbi dillə dünyaya çatdırmaqdır"
  8. Yevlaxda stadionun mühafizəçisi iş yerində ölüb
  9. Azərbaycanda oğul atanı bıçaqladı
  10. Ramiz Göyüşovdan müsahibə alan jurnalist saxlanılıb - RƏSMİ
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI