Zığ sakinləri Nazirlər Kabinetinin binası qarşısında aksiya keçirir - Video

Zığ sakinləri Nazirlər Kabinetinin binası qarşısında aksiya keçirir - Video
Bu gün Nazirlər Kabinetinin qarşısında aksiya keçirən Zığ sakinləri hələ də oradadır.

Virtualaz.org saytının əməkdaşı hadisə yerindən xəbər verir ki, Suraxanı rayonu, Zığ qəsəbəsindəki sürüşmə zonasında olan evlərin, həmçinin Xətai rayonu, Cavanşir küçəsi, 10 ünvanındakı qəzalı vəziyyətdə olan yataqxananın sakinləri Nazirlər Kabinetinin qarşısındakı yolu bağlamağa cəhd ediblər.

50-dək qadın baş nazirin müavini Abid Şərifovla görüşməyi tələb edib. Əraziyə cəlb edilən polis əməkdaşları isə qadınları uzaqlaşdırmağa çalışıblar. Bu zaman qadınlarla polis əməkdaşları arasında mübahisə yaranıb. Polis əməkdaşı qadınlardan birini itələyib. Yerə yıxılan qadının vəziyyəti pisıəşib.

Hadisə yerində olan təcili yardım həkimləri Cavanşir küçəsi, 10-dakı yataqxananın sakini, vəziyyəti pisləşən Dilarə Səfərovaya yardım edib.

Aksiya iştirakçısı olan Nərgiz Məmmədova bildirdi ki, bu gün Abid Şərifovun qəbul günüdür. Lakin A.Şərifov şikayətçiləri qəbul etməyib. Şikayətçiləri qəbul edən Şahin Salahov isə onlara yardım edə bilməyəcəyini deyib.

Hazırda ərazi polis nəzarətindədir. Lakin şikayətçilər Nazirlər Kabinetinin qarşısından ayrılmırlar. /Xeberdar.net/

Zığ sakinləri Nazirlər Kabinetinin binası qarşısında aksiya keçirir - Video

  • 3-09-2015, 18:42
  • 1 034


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. DYP piyadalara xəbərdarlıq etdi
  2. “Delta” ştammına yoluxanların ən çox şikayət etdiyi əlamətlər
  3. Almaniya millisinin olduğu təyyarə təcili eniş edib
  4. RUSİYA SÜLHMƏRAMLILARI İLƏ ERMƏNİLƏR ARASINDA QANLI İNSİDENT - İki sülhməramlı yaralanıb
  5. Bakıda 62 yaşlı kişi arı sancmasından ölüb
  6. Nazilə Gültac: "Məqsədimiz Qarabağ zəfərini ədəbi dillə dünyaya çatdırmaqdır"
  7. Qubada 19 yaşlı qadın dünyaya üçəm gətirib
  8. Yevlaxda stadionun mühafizəçisi iş yerində ölüb
  9. Azərbaycanda oğul atanı bıçaqladı
  10. Ramiz Göyüşovdan müsahibə alan jurnalist saxlanılıb - RƏSMİ
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI