İqbal Ağazadə xalqı təbrik etdi

İqbal Ağazadə xalqı təbrik etdi

17 Noyabr - Milli Dirçəliş Günü münasibətilə Ümid Partiyasının sədri İqbal Ağazadə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir:

“ Əziz soydaşlarım!
Sizi Azərbaycanın dövlət müstəqilliyini qazanmasında müstəsna rol oynayan 17 Noyabr - Milli Dirçəliş Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, ölkənin demokratikləşməsi, dövlətçilik ənənələrinin güclənməsi və vətəndaş cəmiyyəti quruculuğunda sizlərə uğurlar diləyirəm.
Bu gün xalqımız üçün olduqca əlamətdar bir gündür. 28 il bundan əvvəl - 1988-ci ilin 17 noyabrında 70 il əsarətdə yaşayan, repressiya və qadağalar məngənəsində sıxılan bir xalqın milyonlarla övladı Sovet imperiyasına etiraz olaraq Azadlıq meydanına toplaşdı və Milli tariximizin şanlı səhifələrindən bir olan Milli Dirçəliş Gününü tarixə yazdı. Həmin günlərdə biz bir millət, xalq olaraq öz iradəmizi ortalığa qoyduq və müstəqilliyə haqqımızın çatdığını bütün dünyaya bəyan etdik. Məhz Meydan hərəkatından başlayan böyük bir mübarizənin məntiqi sonluğu olaraq Sovet İmperiyası süqut etdi və Azərbaycan xalqı öz müstəqilliyinə qovuşdu.
Inanıram ki, bir daha xalq olaraq öz iradəmizi ortaya qoyacağıq və birgə müabrizəmiz nəticəsində ölkəmizin ərazi bütövlüyü təmin ediləcək, Azərbaycanda demokratik və hər bir kəsin hüququ qorunan, firəvan həyat şəraiti təmin olunan bir cəmiyyət qurulacaq.
Bir daha sizlərin hər birini Milli Dirçəliş günü münasibətilə təbrik edirəm!"

Xeberdar.net

İqbal Ağazadə xalqı təbrik etdi

  • 17-11-2016, 12:55
  • 610


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Almaniya millisinin olduğu təyyarə təcili eniş edib
  2. RUSİYA SÜLHMƏRAMLILARI İLƏ ERMƏNİLƏR ARASINDA QANLI İNSİDENT - İki sülhməramlı yaralanıb
  3. Bakıda 62 yaşlı kişi arı sancmasından ölüb
  4. Qubada 19 yaşlı qadın dünyaya üçəm gətirib
  5. Nazilə Gültac: "Məqsədimiz Qarabağ zəfərini ədəbi dillə dünyaya çatdırmaqdır"
  6. Azərbaycanda oğul atanı bıçaqladı
  7. Yevlaxda stadionun mühafizəçisi iş yerində ölüb
  8. Ramiz Göyüşovdan müsahibə alan jurnalist saxlanılıb - RƏSMİ
  9. ABŞ 20 il sonra 11 sentyabr hücumlarının qurbanlarını anır
  10. Sevgilisinin mənzilinə gedib qızını zorladı
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI