Külək Azərbaycanın bir sıra bölgələrində fəsadlar yaradıb, rayonlar işıqsız qalıb

 Külək Azərbaycanın bir sıra bölgələrində fəsadlar yaradıb, rayonlar işıqsız qalıb
Ötən axşam güclü külək Astara və Daşkəsəndə fəsadlar yaradıb, rayonlar işıqsız qalıb.

"Report"un Cənub börosunun verdiyi xəbərə görə, külək əsasən, elektrik təsərrüfatına ziyan vurub. Demək olar ki, 95 faiz abonent gecəni qaranlıqda keçirib. Qəzalar demək olar ki, rayonun bütün istiqamətlərində qeydə alınıb.

Hazırda rayonda bərpa işlərinə başlanılıb.

Astara Rayon İcra Hakimiyyətindən "Report"a elektrik təsərrüfatlarına dəyən ziyanla bağlı məlumatı təsdiqləyiblər və bildirilib ki, hazırda Siyəkü, Hamuşam-Əsxənəkəran xətlərində təmir-bərpa işləri aparılır. İcra Hakimiyyəti aparatının məsul işçisi Xəlil Lətifov rayondakı son durum barəsində məlumat verərək bildirib ki, səhər saat 6.00 -dan başlayaraq rayon ərazisində dünən gecə saatlarında güclü küləyin elektrik təsərrüfatlarına vurduğu ziyanın aradan qaldırılması istiqamətində işlərə başlanılıb: "Artıq Səncərədi-Artupa istiqamətində yaranmış qəza aradan qaldırılıb. Kijəbə qəsəbəsinə də elektrik enerjisinin verilişi bərpa olunub. Hazırda briqadalar Pensər və Təngərüd kəndləri ərazisində baş verən qəzaları aradan qaldırmaqla məşğuldur."

Sakinlər hündür gövdəli ağacların aşdığını, kəndlərdə dam örtüklərinə ziyan dəyməsi barədə bildirsələr də, hələlik rayonun Fövqəladə Hallar üzrə Dövlət Komissiyasına icra nümayəndəlikləri tərəfindən heç bir məlumat daxil olmayıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Daşkəsəndə əsən güclü külək nəticəsində rayon mərkəzində bir neçə binanın dam örtükləri dağılıb, elektirik dirəkləri aşıb. Rayonun bir hissəsində və 2 qəsəbəsində elektirik enerjisinin verilməsi dayandırılıb. Qarla müşahidə olunan güclü külək avtomobillərin də hərəkətində çətinliklər yaradıb.

Hazırda yaranmış problemlərin aradan qaldırılması üçün tədbirlər görülür.
Qeyd edək ki, rayon ərazisində küləkli və qarlı hava davam edir.

Xeberdar.net

Külək Azərbaycanın bir sıra bölgələrində fəsadlar yaradıb, rayonlar işıqsız qalıb

  • 3-12-2016, 10:23
  • 583


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Ağdam rayon İcra Hakimyyətinin başçısı şəhidin qardaşını işdən çıxardı
  2. Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB
  3. MTN GENERALININ RÜŞVƏT ALDIĞI ŞƏXSLƏRİN ADLARI AÇIQLANDI - Siyahı
  4. “Azərişıq”in əməkdaşını cərəyan vurub öldürdü
  5. Prokurorluq Gəncədəki ölüm hadisəsi ilə bağlı məlumat yayıb
  6. İrəvanda Türkiyə bayrağı gəzdirənlər iranlı çıxdı?..- Ermənistan polisi...
  7. Araik Xocalı ərazisində sement zavodu acdı... YENİLƏNİB-FOTOLAR+VİDEO
  8. Sumqayıtda üçüncü dəfə evdən gedən gənc ana iki ay sonra Bakıda tapılıb
  9. Sabah Bakıda hava küləkli olacaq - Dağlıq rayonlara yağış yağacaq
  10. Sabunçunu daha kimlər TALAYIR... - İTTİHAM
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI