Vasif Talıbovun yeznəsi həbs edildi

Vasif Talıbovun yeznəsi həbs edildi

Bakıda yaşayış binasında baş vermiş yanğınla bağlı 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


“Qafqazinfo” AzPolitika-ya istinadən xəbər verir ki, Qəzənfər Novruzov Naxçıvan MR Daxili İşlər nazirinin müavini, general-mayor Səbuhi Novruzovun qardaşıdır. Səbuhi Novruzov isə MR Ali Məclisinin sədri Vasif Talıbovun bacısının həyat yoldaşıdır.

Qəzənfər Novruzov 2013-cü ilin sonlarında icra başçısı Xaləddin İsgəndərov tərəfindən vəzifəsindən azad olunub.

“Qafqazinfo” xatırladır ki, Qəzənfər Novruzovun qardaşı Bakı Şəhər Yaşıllaşdırma İdarəsinin rəisidir.

Qəzənfər Novruzov əvvəllər aptek müdiri, daha sonra Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini, sonra da Binəqədi rayon icra başçısının müavini vəzifələrində çalışıb.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Bakıda baş vermiş dəhşətli yanğınla bağlı keçirdiyi sonuncu iclasda bu faciənin günahkarlarının kimliyindən asılı olmayaraq cəzalandırılacağını bildirmişdi.

Vasif Talıbovun yeznəsi həbs edildi

  • 23-05-2015, 17:57
  • 2 566


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Ağdam rayon İcra Hakimyyətinin başçısı şəhidin qardaşını işdən çıxardı
  2. Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB
  3. MTN GENERALININ RÜŞVƏT ALDIĞI ŞƏXSLƏRİN ADLARI AÇIQLANDI - Siyahı
  4. “Azərişıq”in əməkdaşını cərəyan vurub öldürdü
  5. Prokurorluq Gəncədəki ölüm hadisəsi ilə bağlı məlumat yayıb
  6. İrəvanda Türkiyə bayrağı gəzdirənlər iranlı çıxdı?..- Ermənistan polisi...
  7. Araik Xocalı ərazisində sement zavodu acdı... YENİLƏNİB-FOTOLAR+VİDEO
  8. Sumqayıtda üçüncü dəfə evdən gedən gənc ana iki ay sonra Bakıda tapılıb
  9. Sabah Bakıda hava küləkli olacaq - Dağlıq rayonlara yağış yağacaq
  10. Sabunçunu daha kimlər TALAYIR... - İTTİHAM
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI