Putin və Merkel Rusiya qazının Ukrayna üzərindən Aİ-yə tədarükünü müzakirə ediblər

 Putin və Merkel Rusiya qazının Ukrayna üzərindən Aİ-yə tədarükünü müzakirə ediblər
Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

APA-nın “Qazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin saytı məlumat yayıb.

Məlumata görə, Putin və Merkel Rusiya qazının Ukrayna üzərindən Avropa istehlakçılarına tədarükünü müzakirə ediblər.

Putin qeyd edib ki, Ukrayna Rusiyadan qaz tədarükünə dair məsələni razılaşdırmaqdan boyun qaçırır, bu da Avropaya qaz tədarükünə təhlükə yaradır.

Bundan başqa, Putin Merkeli beynəlxalq terrorçuluqla mübarizədə Rusiyanın addımları və Suriyaya göndərilən humanitar yardımlar barədə məlumatlandırıb.

Qeyd edək ki, telefon danışığı Almaniya tərəfinin təşəbbüsü ilə baş tutub.

Xeberdar.net

Putin və Merkel Rusiya qazının Ukrayna üzərindən Aİ-yə tədarükünü müzakirə ediblər

  • 14-12-2016, 09:38
  • 544


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. “Delta” ştammına yoluxanların ən çox şikayət etdiyi əlamətlər
  2. Almaniya millisinin olduğu təyyarə təcili eniş edib
  3. RUSİYA SÜLHMƏRAMLILARI İLƏ ERMƏNİLƏR ARASINDA QANLI İNSİDENT - İki sülhməramlı yaralanıb
  4. Bakıda 62 yaşlı kişi arı sancmasından ölüb
  5. Qubada 19 yaşlı qadın dünyaya üçəm gətirib
  6. Nazilə Gültac: "Məqsədimiz Qarabağ zəfərini ədəbi dillə dünyaya çatdırmaqdır"
  7. Yevlaxda stadionun mühafizəçisi iş yerində ölüb
  8. Azərbaycanda oğul atanı bıçaqladı
  9. Ramiz Göyüşovdan müsahibə alan jurnalist saxlanılıb - RƏSMİ
  10. ABŞ 20 il sonra 11 sentyabr hücumlarının qurbanlarını anır
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI