“Az qalır adamın ürəyi partlasın…” – Abid Şərifov

“Az qalır adamın ürəyi partlasın…” – Abid Şərifov
Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun ötən gün Ankarada qətlə yetirilməsi ilə bağlı hadisəyə münasibət bildirib.
A.Şərifov Ölkə.az-a eksklüziv açıqlamasında baş verən hadisə ilə əlaqədar Rusiyaya başsağlığı verib.
Baş nazirin müavini deyib ki, sözügedən qətl Türkiyə ilə Rusiya arasında münasibətlərin pozulmasına yönələn beynəlxalq terror hadisəsidir:

“Çox təəssüf ki, qardaş Türkiyədə belə terror hadisəsi törədilib. Şübhəsiz ki, bütün bunlar qardaş ölkə olaraq Azərbaycanı da təəssüfləndirir. Mən bu hadisəni eşidən zaman çox pis oldum, təəssüf hissi keçirdim. Belə xəbərləri eşidəndə az qalır adamın ürəyi partlasın. Axı nə qədər terror olar? Qardaş Türkiyənin başına bu hadisə gəlməmişdi, bunu da etdilər”.

A.Şərifov qeyd edib ki, Türkiyə Azərbaycana hər zaman qardaş ölkədir:
“İndi qardaş Türkiyəni istəməyən xeyli qüvvələr var ki, onların da əlinə fürsət düşə bilər. Bu hadisədən Türkiyə əleyhinə ən çox ermənilər sui-istifadə edə bilər. Ancaq “terrorçuluq” qardaş Türkiyə dövlətinə və xalqına yad ifadədir. Yəqin ki, bizi istəməyən qüvvələr Türkiyəyə qarşı problem yaratmağa çalışacaqlar. Ancaq əminəm ki, güclü Türkiyə xalqı və dövləti bu hadisə ilə bağlı da mətin olacaq, yaranan vəziyyəti dəf edəcək”.

Baş nazirin müavini Azərbaycan tərəfinin sözügedən hadisəyə öz münasibətini bildirdiyini və Rusiyaya başsağlığı verdiyini də diqqətə çatdırıb: “Biz bu cür hadisələri şiddətlə qınayırıq”.

Xeberdar.net

“Az qalır adamın ürəyi partlasın…” – Abid Şərifov

  • 20-12-2016, 14:50
  • 414


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Bakı Avrasiya Universitetində tələbələrə yaradılan yeni fürsətlərdən danışılıb - FOTOLAR
  2. İRANDA TAXT-TAC DÖYÜŞLƏRİ BAŞLAYIB - Rəisinin administrasiyası islahatçıları "təmizləyiir"...
  3. Şok iddia: “Türkiyənin nüvə silahı...” - Yeni anlaşma balansı dəyişir
  4. Taleh Əliyev: “Nümayiş etdirdikləri birliyə görə xalqımıza minnətdarlığımı bildirirəm”
  5. Türkiyə hərb sənayesindən MÖHTƏŞƏM YENİLİK: SİHA-ların "gözündən" heçnə yayınmayacaq
  6. “NATO-nun qapıları Ukraynanın üzünə açıqdır” – ABŞ-ın Müdafiə naziri
  7. İctimai Birliklərin “ Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyası Tarif Şurasının qərarına etiraz etdi- Mövqe
  8. "İcra məmuru bizi dövlətimizdən narazı salır..." - GİLEY
  9. “Gilan Holdinq”də kütləvi ixtisar DALĞASI - Qəbələnin yüzlərlə sakini işsiz qalıb...
  10. Sabahın hava proqnozu açıqlanıb
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI