UCAR RAYON «TƏHSIL ŞÖBƏSINDƏN» ŞIKAYYƏT VAR: FUAD İSRAYILOVUN BAŞI BAŞQA IŞLƏRƏ QARIŞIB?

UCAR RAYON «TƏHSIL ŞÖBƏSINDƏN» ŞIKAYYƏT VAR: FUAD İSRAYILOVUN BAŞI BAŞQA IŞLƏRƏ QARIŞIB?
Ucar rayon Təhsil Şöbəsinin müdiri Fuad İsrayılovun yarıtmaz fəaliyyəti nəticəsində orta məktəblərdə istilik sisteminin olmamasından şagirdlərin əksəriyyəti xəstələnib dərsə gedə bilmirlər.

Ucar rayonundan bir qurup sakin Xeberdar.net-ə məktub ünvanlayıb.Həmin şikayyət məktubunu olduğu kimi oxuculara təqdim edirk.:

"Ucar rayonunun məktəblərində istilik sisteminin işləməməsinə görə məktəbli uşaqlarımıza soyuq siniflərdə dərs keçirilir ki, bu açıq-aşkar işgəncədir.Nəticədə də uşqalarımız soyuqdan xəstələnirlər. Ucar şəhər 6 № li orta məktəbdə 29 sinif var və 600 nəfər şagird təhsil alır.Həmin məktəbdə qazın kəsilməsinə görə istilik sistemi yoxdur.Şagirdlər və müəllimlər sinifdə papaqla, şərflə paltonlarla oturub dərs keçirlər.Məktəbin şagirdlərinin yarsı soyuqdan xəstələnib dərsə getmirlər, bir çox valideyinlər isə soyuq sinifdə dərs keçməsinə görə uşaqlarını məktəbdən çıxarıblar.Ucar şəhəri 1 və 5 nömrəli orta məktəblərində də bu problem var.İstilik sistemi yoxdur deyə valideyinlər övladlarını məktəbə getməyə qoymurlar.Azyaşlıların zülümü ərşə çəkilsədə isti kabinetindən çölə çıxmayan Ucar rayon Təhsil Şöbəsinin müdiri Fuad İsrayılov heç bir tədbir görmək istəmir.Çünki bu adamı ancaq öz maddi maraqları düşündürür.Rayonun bir neçə yerində restoranları, ticarət obyektləri fəaliyyət göstərir, Məlikballı kəndində böyük ferması , bahalı avtomaşınları, rayonda və Bakı şəhərində evləri var.Özü isə uzun müddətdir ki, xəstəliyini bəhanə edib heç bir işə yaramır.Təhsil Naziri Mikayıl Cabbarovda onun öhdəsindən gələ bilmir.Bu vəzifəyə gəlməmişdən əvvəl Fuad İsrayılov kənd soveti sədri olub.O, pedaqokiqadan tam uzaq bir adamdır.Belə yaramazın bu vəzifədə qalması Ucar rayon təhsil sitemini tamamilə iflic edib.Biz mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevaya və Təhsil Naziri cənab Mikayıl Cabbarova müraciət edib xahiş edirik Ucar rayonunda istilik sistemi işləməyən orta məktəblərə nəzarət edilməsinə tapşırıq verəsiniz və başı kommersiya fəaliyyətinə, pul toplamağa qarışmış Ucar rayon Təhsil Şöbəsinin müdiri Fuad İsrayılovun barəsində ciddi tədbirlər görəsiniz. Onu təhsil sistemindən rədd etmək lazımdır.

İmza Ucar rayon sakinləri

Cəbrayılov Zahid Vaqif oğlu
Əliyev Rasim Sahib oğlu
Səmədov Davud Qadir oğlu
Məmmədov Əli Zəki oğlu
Qasımov Teymur Osman oğlu və digərlər"

Qarşı tərəfi dinləməyə və mövqeyini dərc etməyə hazırıq. Ümidvarıq ki, aidiyyatı qurumlar tərəfindən problem araşdırılacaq və həlli istiqamətində addımlar atılacaq
UCAR RAYON «TƏHSIL ŞÖBƏSINDƏN» ŞIKAYYƏT VAR: FUAD İSRAYILOVUN BAŞI BAŞQA IŞLƏRƏ QARIŞIB?
UCAR RAYON «TƏHSIL ŞÖBƏSINDƏN» ŞIKAYYƏT VAR: FUAD İSRAYILOVUN BAŞI BAŞQA IŞLƏRƏ QARIŞIB?UCAR RAYON «TƏHSIL ŞÖBƏSINDƏN» ŞIKAYYƏT VAR: FUAD İSRAYILOVUN BAŞI BAŞQA IŞLƏRƏ QARIŞIB?
UCAR RAYON «TƏHSIL ŞÖBƏSINDƏN» ŞIKAYYƏT VAR: FUAD İSRAYILOVUN BAŞI BAŞQA IŞLƏRƏ QARIŞIB?
UCAR RAYON «TƏHSIL ŞÖBƏSINDƏN» ŞIKAYYƏT VAR: FUAD İSRAYILOVUN BAŞI BAŞQA IŞLƏRƏ QARIŞIB?
İmza Ucar rayon sakinləri

Xeberdar.net

UCAR RAYON «TƏHSIL ŞÖBƏSINDƏN» ŞIKAYYƏT VAR: FUAD İSRAYILOVUN BAŞI BAŞQA IŞLƏRƏ QARIŞIB?

  • 26-12-2016, 00:56
  • 1 034


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Bakı Avrasiya Universitetində tələbələrə yaradılan yeni fürsətlərdən danışılıb - FOTOLAR
  2. İRANDA TAXT-TAC DÖYÜŞLƏRİ BAŞLAYIB - Rəisinin administrasiyası islahatçıları "təmizləyiir"...
  3. Şok iddia: “Türkiyənin nüvə silahı...” - Yeni anlaşma balansı dəyişir
  4. Taleh Əliyev: “Nümayiş etdirdikləri birliyə görə xalqımıza minnətdarlığımı bildirirəm”
  5. Türkiyə hərb sənayesindən MÖHTƏŞƏM YENİLİK: SİHA-ların "gözündən" heçnə yayınmayacaq
  6. “NATO-nun qapıları Ukraynanın üzünə açıqdır” – ABŞ-ın Müdafiə naziri
  7. İctimai Birliklərin “ Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyası Tarif Şurasının qərarına etiraz etdi- Mövqe
  8. "İcra məmuru bizi dövlətimizdən narazı salır..." - GİLEY
  9. “Gilan Holdinq”də kütləvi ixtisar DALĞASI - Qəbələnin yüzlərlə sakini işsiz qalıb...
  10. Sabahın hava proqnozu açıqlanıb
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI