“İlin dörd fəsli” MMC-də 100 minlik mənimsəmə: sakinlərdən Baba Rzayevə şok dosye - ÖZƏL

“İlin dörd fəsli” MMC-də 100 minlik mənimsəmə: sakinlərdən Baba Rzayevə şok dosye - ÖZƏL
“Yeni Bakı” yaşayış kompleksinin sakinləri Politika.Az vasitəsi ilə “Azərişıq” ASC-nin sədri Baba Rzayevə müraciət ediblər

Onların sözlərinə görə, “İlin dörd fəsli” MMC-nin Masazır qəsəbəsində inşa etdiyi “Yeni Bakı” yaşayış kompleksində yaşayırlar.

Şikayətçilər bildirirlər ki, üstündən 5 ildən artıq müddət keçməsinə baxmayaraq, hələ də “Azərişıq” onları abonent kimi tanımır:

“Bizə abonent kodu vermir. Bununla bağlı müraciətlərimizə isə rəhbərlik etdiyiniz qurum tərəfindən “biz o kompleksdə abonent kimi İDF MMC-ni tanıyırıq” məzmununda cavablar alırıq.

Biz də məcburiyyət qarşısında işıq pulunu ya şirkətin kompleksdə təsis etdiyi komendantlığa (bu komendantlıq özü də qeyri-qanuni fəaliyyət göstərir), ya da İDF MMC-nin bank hesabına ödəyirik.

Xüsusilə də komendantlıq ödədiyimiz pulun müqabilində bizə rəsmi qəbz təqdim etmir. Halbuki biz Azərbaycan vətəndaşı olaraq tam şəffaf və qanuni ödənişlərin tərəfdarıyıq”.

Payçılar Politika.Az-a qeyd edib ki, son bir həftədə aşkar etdiyimiz fakt bizim narahatlığımızı bir qədər də artırıb: “Müəyyən etmişik ki, İDF MMC-nin (abonent kodu 31000120768) “Azərişıq”a 100 min manatdan çox borcu var (106,178.15 – 26 dekabr, 2016-cı il tarixinə).

Bizim İDF MMC-yə elektrik enerjisi sərfiyyatına görə borcumuz olmadığı halda, MMC-nin “Azərişıq”a külli miqdarda borcunun olması bizi ciddi şəkildə narahat edir: həm borca görə işıqlar kəsilə bilər, həm də gələcəkdə İDF MMC borcu ödəməkdən imtina etsə, bu borc sakinlərin adına yazıla bilər.

Hörmətli Baba müəllim, həm borc problemini diqqətdə saxlamağınızı, həm də sakinlərin fərdi qaydada abonent kodu ilə təmin edilməsi barədə göstəriş verməyinizi Sizdən xahiş edirik”.

“İlin dörd fəsli” MMC-də 100 minlik mənimsəmə: sakinlərdən Baba Rzayevə şok dosye - ÖZƏL

  • 6-01-2017, 10:42
  • 406


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Ağdam rayon İcra Hakimyyətinin başçısı şəhidin qardaşını işdən çıxardı
  2. Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB
  3. MTN GENERALININ RÜŞVƏT ALDIĞI ŞƏXSLƏRİN ADLARI AÇIQLANDI - Siyahı
  4. “Azərişıq”in əməkdaşını cərəyan vurub öldürdü
  5. Prokurorluq Gəncədəki ölüm hadisəsi ilə bağlı məlumat yayıb
  6. İrəvanda Türkiyə bayrağı gəzdirənlər iranlı çıxdı?..- Ermənistan polisi...
  7. Araik Xocalı ərazisində sement zavodu acdı... YENİLƏNİB-FOTOLAR+VİDEO
  8. Sumqayıtda üçüncü dəfə evdən gedən gənc ana iki ay sonra Bakıda tapılıb
  9. Sabah Bakıda hava küləkli olacaq - Dağlıq rayonlara yağış yağacaq
  10. Sabunçunu daha kimlər TALAYIR... - İTTİHAM
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI