Faiq Ələkbərli: "Türk Dünyasının aydınları eyni nöqtəyə vurmaq üçün bir təşkilatda birləşməlidirlər!"

Faiq Ələkbərli: "Türk Dünyasının aydınları eyni nöqtəyə vurmaq üçün bir təşkilatda birləşməlidirlər!"
“Mediada yayılan xəbərlərə görə, Özbəkistanın Baş Prokurorluğu Ermənistan hakimiyyəti və Özbəkistandakı erməni icmasının təzyiq altında məşhur özbək tarixçisi və tədqiqatçısı Şuxrat Salamov barəsində cinayət işi qaldırmaq niyyətinə düşüb. Buna səbəb Şuxrat Salamovun "Qarabağ: ideyalar müharibəsi" və "Türkistan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağa qədər" kitablarında erməni daşnaklarının öz himayəçilərinin köməyi ilə hansı vəhşilikləri törətməsini ortaya qoyması, eyni zamanda Qarabağ münaqişəsiylə bağlı Azərbaycanın haqlı mövqeyini müdafiə etməsidir”. Bu sözləri AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, eyni zamanda Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyası Əlaqələri üzrə müavini Faiq Ələkbərli mətbuata verdiyi açıqlamasında səsləndirib. O bildirib ki, bir Azərbaycan Türk ziyalısı kımi Özbək həmkarının müdafiəsi üçün başlanmış bütün kampaniyalara dəstək verməyə hazırdır: “Şuhrat Salamov qardaşımıza, soydaşımıza demək istəyirəm ki, şimallı-cənublu Azərbaycan türkləri, Azərbaycan Türk aydınları sonuna qədər onun arxasında daynıblar”.
Faiq Ələkbərliyə görə, bu kimi olaylar bir daha göstərir ki, Türk xalqarının aydınları biri-birlərinə daima dəstək olmalıdırlar: “Əgər ermənilər qondarma "soyqırım", "Böyük Ermənistan" xülyalarıyla farslardan, ruslardan, ingilislərdən, fransızlardan bu və ya başqa formada dəstək ala bilirlərsə, nədən biz Türklər öz soydaşlarımızla bir yerdə hərəkət etməyək!? Ancaq düşmənlərimizin üzərimizə hücumlarındanmı sonra səsimizi çıxartmaq zorundayıq?! Hesab edirəm ki, Türk Dünyasının aydınları eyni nöqtəyə vurmaq üçün bir təşkilatda birləşməlidirlər. Şuxrat Salamov qardaşımız, soydaşımızla bağlı hadisə bizləri daha sürətlə bir araya gətirməlidir. Artıq birlik və dirilik zamanıdır. Yəni Özbək, Qazax, Qırğız, Türkmən, Türk, Tatar, Yakut, Uyğur, eləcə də bütün Oğuz -Türk xalqları birlik və dirilik üçün çalışmalıdırlar! Yaşasın Türk Birliyi!!! Yaşasın Turan!!! Yaşasın qardaşlığımız!”.

Xeberdar.net

Faiq Ələkbərli: "Türk Dünyasının aydınları eyni nöqtəyə vurmaq üçün bir təşkilatda birləşməlidirlər!"

Faiq Ələkbərli: "Türk Dünyasının aydınları eyni nöqtəyə vurmaq üçün bir təşkilatda birləşməlidirlər!"

  • 26-01-2017, 11:49
  • 1 008


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Azərbaycanda tələbə “WhatsApp”da status yazıb intihar etdi - FOTO
  2. Astarada qadın qonşusunun verdiyi dərmandan öldü
  3. DSX-dən İrana CAVAB
  4. Azərbaycanda hamilə qadın peyvəndə görə tələbəlikdən imtina edib
  5. Bakıda DƏHŞƏT: 6 yaşlı uşaq diri-diri YANDI
  6. Sumqayıtda hamilə arvadını öldürən şəxsə hökm oxunub
  7. Sabiq icra başçısının həbs müddəti uzadılıb
  8. Azərbaycan-Gürcüstan-Türkiyə birgə gömrük komitəsinin fəaliyyət istiqamətləri açıqlanıb
  9. Qəbələdə karantin qaydalarını pozan toy təşkilatçıları cərimələnib
  10. Tehran rejiminin Azərbaycana qarşı törətdiyi təxribatlarla əlaqədar Milli Hərəkatçılar Birliyi bəyanat yaydı
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI