İRAN QƏZƏBLƏNSƏ, ZƏRBƏ İSRAİLƏ DƏYƏCƏK! – “İranın düşmənləri rejimin dəyişdirilməsinə can atmasınlar”

851 3-01-2018, 12:45 dunya / gundem

İRAN QƏZƏBLƏNSƏ, ZƏRBƏ İSRAİLƏ DƏYƏCƏK! – “İranın düşmənləri rejimin dəyişdirilməsinə can atmasınlar”
Səhra üzərində yüksəklikdən uçan yırtıcı quşlar kimi, İranın çoxsaylı düşmənləri və rəqibləri Tehranda və digər şəhərlərdəki küçə etirazlarını diqqətlə izləyirlər. İrandakı iğtişaşların rejimin yıxılmasına gətirib çıxaracağı ilə bağlı ABŞ və İsrail çox tez ümidləniblər. İran hakimiyyətinin istənilən real və ya təsəvvür edilən zəifliyi regiondakı təhlükəli gərginliyin daha da şiddətlənəcəyinin xəbərçisi ola bilər.

Şiə əhalisinin üstünlük təşkil etdiyi İran, Yaxın Şərqdəki təsir imkanlarını genişləndirməyə can atdığı üçün, özünə xeyli sayda düşmən qazanıb. İndi İran post-Səddam İraqında, Suriyada və Livanda aparıcı mövqe tutur. İranın bu cür addımları nəinki İraq ərazisindəki sünnülərdə, eləcə də, sünnü islamın mərkəzi sayılan Səudiyyə Ərəbistanında xüsusi narazılıq yaradır.

İran hakimiyyəti artıq səudiyyəliləri etirazları qızışdırmaqda ittiham edib. Luristan əyalətinin qubernatoru “təkfirçilər qrupu”u (sünnü ekstremistləri) və “xarici xüsusi xidmət orqanları”nı ittiham edəndə, Ər-Riyadı nəzərdə tuturdu. Bu yaxın zamanlara kimi Səudiyyə Ərəbistanının gizli şəkildə İran rejiminin dəyişdirilməsinə çalışması barəsində fikirlər mənasız görünə bilərdi. Amma iki ölkə arasındakı münasibətlər bu gün heç zaman olmadığı qədər gərgindir.

Səudiyyəlilər İranı Ər-Riyaddakı kral sarayına raket atəşi açılmasında günahlandırırlar. Səudiyyə Ərəbistanı bildirir ki, raket Tehranın dəstəklədiyi Yəməndəki husi müqavimət qüvvələri tərəfindən atılıb.

İki ölkə arasında bu rəqabət Livana da yayılıb. Belə ki, əksər müşahidəçilərin fikrinə görə, Səudiyyə Ərəbistanının varis şahzadədəsi Mühəmməd bin Salman noyabr ayında vəziyyəti gərginləşdirərək, Tehranın dəstəklədiyi hərbiləşdirilmiş Livan şiə təşkilatı və siyası partiyası “Hezbolla”nın təsirini azaltmaq məqsədiylə uğursuz dövlət çevrilişinə cəhd göstərmişdi.

İrana qarşı dayanmağa, Qətər və Fars körfəzinin digər dövlətlərini özünə tabe etdirməyə, ölkə daxilində nəzarəti ələ almağa çalışan gənc şahzadə Salman, ağılsız və dəlisov adam reputasiyası qazanıb. Heç kim Salmanın nə qədər uzağa getməyə hazır olduğunu bilmir. Hərçənd ki, o keçmişdə İrana cavab veriləcəyinə and içmiş və İranın ali dini rəhbəri ayətolla Əli Xameneyini “Yaxın Şərqin yeni Hitleri” adlandırmışdı.

Bu yaxınlarda İranın Səudiyyə Ərəbistanı tərəfindən işğal olunmasını təsvir edən videoçarx inanılmaz sürətlə yayılmağa başladı.

Salman Donald Trampın kürəkəni və eyni zamanda da Yaxın Şərq üzrə onun danışıqlarını aparan Cerald Kuşnerdən ciddi dəstək alır. Trampın İran hakimiyyətinə qarşı bəslədiyi düşmən münasibət və onun bu rejimi devirmək arzusu heç kimə sirr deyil.

Təəccüb doğuran məsələ ölkə içərisində əsaslı və görünən səbəblər olmadan etirazların qəfildən alovlanmasıdır. Tramp və onun vitse-prezidenti Mayk Pens, keçən il Həsən Ruhaninin demokratik seçkilərin gedişində yenidən prezident postuna seçilməsini unudaraq, İranın “repressiv rejimi”nin yıxılacağına ümid bəslədiklərini bildiriblər.

İranda rejim dəyişikliyi ideyası İsrail siyasətçilərini ruhlandırır. Regional əməkdaşlıq naziri Çaxi Hangebi bəyan edib ki, iranlı etirazçılar “azdlıq uğrunda öz həyatlarını mərdliklə riskə atırlar”. O “sivil dünya”nı bu insanları dəstəkləməyə çağırıb.

İranı mövcud təhlükə kimi qələmə verməklə, özünə karyera qurmuş İsrail baş naziri Benyamin Netanyahu belə şərhlər verənləri təmkinli olmağa çağırıb. Görünür ki, o, İran liderlərinin qəzəbinin İsrailə yönəlməsindən narahatdır. Əgər Netanyahu mənfi reaksiyadan ehtiyat edirsə, onda o yəqin ki, ağıllı addım atacaq. Əgər vəziyyət nəzarətdən çıxarsa, onda atəş xəttində Tramp və Pens yox, İsrail qalacaq.

İsrail bəyan edir ki, İran Livandakı “Hezbolla”ya və Qəzzadakı Fələstin yaraqlılarına raket və silah çatdırılmasını aktivləşdirib. İsraili daha çox Colan təpələrindəki Suriya ilə faktiki sərhəd narahat edir.
Zəifləmiş və kövrəkləşmiş İran qəfil zərbə endirə bilər. İran, həmçinin nə edəcəkləri bəlli olmayan Suriya və İraqla əlbir hərəkət edər. Hal-hazırda Türkiyə və Rusiyanı Tehranın müttəfiqi saymaq olar.

O ki qaldı səmada dolaşan Amerika, Səudiyyə və İsrail şahinlərə, yaxşı olardı onlar öz arzu və istəklərində ehtiyatlı olsunlar.

(“The Guardian”-Böyük Britaniya)

XƏBƏR LENTİ