Şəmkirdə narkotacirlərə qarşı əməliyyatlar keçirilib - FOTO

213 14-03-2024, 08:00 kriminal

Şəmkirdə narkotacirlərə qarşı əməliyyatlar keçirilib - FOTOŞəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə İrandan qeyri-qanuni yolla gətirilmiş narkotiklərin satışını təşkil edən rayon sakini Əliyev Emin saxlanılıb.

Xeberdar.net məlumat verir ki, bu barədə DİN məlumat yayıb.

Onun üzərindən və evindən 5 kiloqramdan artıq heroin aşkar edilib.

Bundan başqa şöbə əməkdaşlarının keçirdikləri digər tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sadıqov Ceyhun, Məmmədəliyev Nurlan və Abbasov Vüsal saxlanılıblar. Onlardan müxtəlif növ narkotik vasitələr aşkar olunaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

XƏBƏR LENTİ