Azərbaycanda indiyədək 86 nəfər deputatlığa namizədliklə bağlı müraciət edib.
Xeberdar.net-in məlumatına görə,bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumun bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, imza vərəqələrinin və başqa sənədlərin yoxlanılması asan deyil:
"İndiyədək 86 nəfər 48 dairə üzrə müraciət edib. İmza toplamaq əziyyət tələb edir. Ona görə də bu məsələyə diqqətlə yanaşılmalıdır".