Ərdoğan üçün yüksək təhlükəsizlik tədbirləri başladıldı – 15 gün ərzində...

212 20-12-2024, 11:21 dunya

Ərdoğan üçün yüksək təhlükəsizlik tədbirləri başladıldı – 15 gün ərzində...Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 gün ərzində Dəməşqə səfər edəcək.

Xeberdar.net məlumat verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, Suriyaya səfər edəcək Ərdoğan üçün artıq indidən yüksək təhlükəsizlik tədbirləri istiqamətində işlərə başlanılıb. Qeyd olunur ki, Hama, Homs və İdlib xətti boyunca qurudan və havadan “təhlükəsiz zona” yaradılacaq.

Bildirilib ki, Türk Hava Yollarından (THY) bir qrup Dəməşq, sonra isə Hələb Beynəlxalq Hava Limanına gələrək orada yoxlamalar aparıblar.

Dəməşqdəki mənbələr də Ərdoğanın qarşıdakı 15 gün ərzində Əməvi məscidini ziyarət edə biləcəyini, buarad HTŞ lideri Colani ilə və Suriya türkmənləri ilə görüşəcəyini bildiriblər.

XƏBƏR LENTİ