![]()
Naxçıvanda məhkəmələr süründürməçiliklə məşğul olması, obyektiv qərarlar çıxarmaması, çıxarılan qətnamələrin icra olunmaması mülkiyyətində ev olan vətəndaşın illərlə kirayələrdə yaşamasına səbəb olub. Bu haqda Xeberdar TV-yə Naxçıvan şəhər sakini Adilə Qasımova şikayət edib.
Şikayətçi deyib ki, həyat yoldaşına məxsus olan, heç bir vərəsəlik hüquq olmayan ev 2009-cu ildə Naxçıvan şəhər məhkəməsinin sədri Hüseyn Məmmədov qətnaməsi ilə saxta sənədlər əsasında baldızı Nərgiz Baxışovanın adına səndləşdirilib. Sonradan baş verənləri öyrənən mülkiyyətçilər 2019-cu ildə Naxçıvana qayıdıblar. Mülklərini geri almaq üçün məhkəmədə iddia qaldırıblar. Naxçıvan şəhər məhkəməsi iddianı təmin etməsə də, 7 aydan sonra Ali Məhkəmənin qərarı ilə Nərgiz Baxışovanın yaşamaq hüququ, bir də tikililər üstündə hüququ ləğv olundu. Bu günə qədər məhkəmənin qərarı icra olunmur.
“ Biz Rusiyada yaşayanda baldızım xahiş elədi ki, yoldaşım ona evdə yaşamağa icazə versin. Yoldaşım da icazə verdi. Heç bir sənəd olmadan, Baldızım 2007-ci ildən orada yaşayır. Bizim xəbərimiz olmadan ev 2009-cu ildə Naxçıvan şəhər məhkəməsinin sədri Hüseyn Məmmədov qətnaməsi ilə saxta sənədlər əsasında baldızı Nərgiz Baxışovanın adına səndləşdirilib. Halbuki, Həmin mülkdə heç bir vərəsəlik payı yoxdur. Həmin ev 84-cü ildən mənim yoldaşımın adınadır. Atası tərəfindən hədiyyə olunubdur. Bu səbəbdən 2019-cu ildə Ali Məhkəmənin qərarı ilə Nərgiz Baxışovanın yaşamaq hüququ, bir də tikililər üstündə hüququ ləğv olundu.”- deyə Adilə Qasımova bildirib.
Şikayətçi əlavə olaraq qeyd edib ki, buna baxmayaraq, yenə də Nərgiz Baxışova həmin evdə yaşamağa davam edir. Onlar isə kirayədə yaşayırlar.
Şikayətçi bildirib ki, 2025-ci ildə baldızı Baxışova Nərgiz heç bir hüquqi əsas olmadan iddia qaldıraraq onların mülkiyyəti üzərində onlardan xəbərsiz tikdirdiyi, heç bir hüquqi sənədi olmayan tikililərə görə pul tələb edir. Gülsüm Əliyevanın sədrliyi ilə məhkəmə başlayıb. Hələ də davam edir. Məhkəmə işə obyektiv baxmaq istəmir. Yubadaraq vərəsəlik hüququ olmadan bizdən istəyirlər ki, onu vərəsə kimi qiymətləndirib pul çəksinlər.
“Biz xahiş elədik ekspertiza keçirilsin, köhnə tikililər təzədən ayrılsın . Amma buna baxmayaraq, bizi heç kim eşitmədi məhkəmədə. Qiymətləndirmə təyin elədilər. Qiymətləndirmə sənədlər üzərində. Heç bir şeyə nə baxış olub, nə bizi çağırıblar. Bizim xəbərimiz olmadan nə veriblər, elə sənədlər əsasında, şəkillər əsasında qiymətləndirmə aparırlar. Əvvəl qiyməti az qoymuşdular. Sonradan mənim adıma olan 8 sot torpaq sahəsini də qiymətləndirməyə salıblar. Bu tamamıilə qanunsuzdur.” –A.Qasımova deyib.
Şikayətçi qeyd edib ki, məhkəmələr onların tərəfini saxlayırlar. Əvvəl Hüseyn Məmmədov saxlayırdı, indi də Gülnar Səfərəliyeva, Gülsüm Əliyeva. Məhkəmələr, hakimlər bir-birini əvəz eləyir, amma bizim evimizə qayıtmağa imkanımız yoxdur. Çünki vaxtı 2009-cu ildə saxta qətnamə çıxaran hakim Hüseyn Məmmədov hazırda Naxçıvan Ağır Cinayətlər məhkəməsinin sədridir. Yenə də qarşı tərəfi himayə edir. Prosesə bir başa olmasa da, dolayısı ilə müdaxilə edir.
“Məhkəmə vaxtı, məhkəmə olanda ağzımızı açmağa bizə imkan vermirlər. Vəsatətlərimiz təmin olunmur. Yazılı vəsatət verdik ki, mənim adıma olan, məsələyə heç bir aidiyyətı olmayan 8 sot torpağı heç olmasa qiymətləndirmədən çıxarsınlar. Gülsüm Əliyeva rədd etdi. Düzgün olmayan işi istəyirlər ki, qüvvəyə mindirsinlər. Ali Məhkəmədə belə hakim Mehman Əliyev bizi ağzımızı açmağa imkan vermədi. Dedi ki, ağzınızı açsanız, danışsanız məhkəmədən çıxaracağıq. Hüquqsuzluq baş alıb gedir.”
Çarəsiz qalan şikayətçi artıq Bakıya Prezident aparatına üz tutub, Azərbaycan Ali Məhkəməsinə də şikayət edib. Ümid edir ki, aidiyyəti üst qurumlar problemə müdaxilə edəcəklər və məslə hüquqi müstəvidə həll ediləcək.
[video=https://youtu.be/_fe25X8xF8E]