Külək güclənib - FAKTİKİ HAVA

6 Bu gün, 11:10 cemiyyet

Külək güclənib - FAKTİKİ HAVAAzərbaycanın bəzi yerlərində şimal-qərb küləyi əsir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyulun 27-si saat 10:00-a olan məlumatında qeyd edilib.

Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçir.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Mingəçevirdə 23, Naftalanda 22, Xaçmaz və Gəncədə 20, Goranboyda 19, Şabranda isə 16 m/s-yə çatır.

XƏBƏR LENTİ