8 Noyabr – Qarabağ Zəfərinin 6-cı ildönümü Türkiyənin Ərzurum şəhərində güclü qar yağışı və şaxtalı havaya baxmayaraq böyük coşqu ilə qeyd olunub.
Ərzurumda keçirilən tədbirdə Azərbaycanın tarixi Zəfəri qürur və fəxarət hissi ilə yad edilib. Güclü qar yağışına və soyuq hava şəraitinə baxmayaraq, tədbir iştirakçıları bu əlamətdar günü birlik və həmrəylik ruhunda qeyd ediblər.
Türkiyədə yayımlanan KARDELEN TV də tədbiri işıqlandıraraq Qarabağ Zəfərinin ildönümü ilə bağlı hazırlanan görüntü və məlumatları tamaşaçılarına təqdim edib.
Tədbir zamanı Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığı, iki ölkə arasında mövcud olan dostluq və həmrəyliyin əhəmiyyəti bir daha vurğulanıb.
Ərzurumda qar altında keçirilən bu mənalı tədbir “Bir millət, iki dövlət” fəlsəfəsinin və Azərbaycan-Türkiyə qardaşlığının növbəti təzahürü olub.
Şaxtalı hava və güclü qar yağışı Qarabağ Zəfərinin sevincinə, qüruruna və coşqusuna mane ola bilməyib.