Azərbaycan hərbçisi Ermənistanla şərti sərhəd istiqamətində minaya düşüb

154 20-12-2024, 18:06 cemiyyet

Azərbaycan hərbçisi Ermənistanla şərti sərhəd istiqamətində minaya düşübAzərbaycan hərbçisi Ermənistanla şərti sərhəd istiqamətində minaya düşüb.

Xeberdar.net-in məlumatına görə, bu barədə Müdafiə Nazirliyi xeber yayıb.

Qeyd olunub ki, bu gün saat 12:00 radələrində Azərbaycan Ordusunun hərbi qulluqçusu Salmanov Ziyad İlqar oğlu Azərbaycan-Ermənistan şərti sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində xidməti-döyüş tapşırıqlarını yerinə yetirərkən piyada əleyhinə minaya düşərək xəsarət alıb.

Məlumata görə, ilk tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib, onun həyatı üçün təhlükə yoxdur.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ