Bir müddət öncə Rusiyada yaşayan iş adamı Fuad Rzayev redaksiyamıza müraciət edərək, Azərbaycan Beynəlxalq Universitetinin Moskva filialının söküləcəyi ilə bağlı məlumat verdi. Fuad Rzayev 60 milyon dollar qiymətində dəyərləndirilən universitetin inzibati binasının Rusiya hökuməti tərəfindən söküləcəyini qeyd edərək, Azərbaycan tərəfinin təhsil ocağına sahib çıxmaq istəmədiyini, aidiyyatı qurumlara müraciətinin nəticəsiz qaldığını vurğuladı.
Хəbər verir ki, təhsil müəssisəsinin təsisçisi, hazırda beynəlxalq axtarışda olan Elşad Abdullayev Fransada mühacir həyatı yaşadığından, Azərbaycan Təhsil Nazirliyi isə universitetə sahib çıxmadığından, Rusiya hökuməti məhkəmə qərarına əsasən təhsil müəssisəsinin sökülməsi haqda qərar qəbul edib. Fuad Rzayevin bildirdiyinə görə, artıq 1 aydan sonra təhsil müəssisəsinin daşı-daş üstə qalmayacaq. 60 milyon dollarlıq əmlak isə yerlə-yeksan olacaq.
Daha bir maraqlı faktı açıqlayıb. O bildirib ki, Azərbaycan tərəfi Elşad Abdullayevi beynəlxalq axtarışa verdiyi halda, Azərbaycanın Rusiyadakı Konsulluğu ziddiyyətli mövqe sərgiləyir. Belə ki, Konsulluq Elşad Abdullayevin adının İNTERPOL xətti ilə beynəlxalq axtarışdan çıxarıldığını, Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektorunun keçmiş Sovet Respublikalarının (СНГ) ərazisində axtarıldığını qeyd edib.
Fuad Rzayevin tək istəyi Elşad Abdullayevin törətdiyi əməllərə görə cəzalandırılması, təhsil müəssisəsinin isə sökülməsinin qarşısının alınmasıdır.
Xeberdar.net