Yerə düşən meteoritlərdə həyat əlaməti tapıldı

916 13-01-2018, 14:00 dunya / gundem

Yerə düşən meteoritlərdə həyat əlaməti tapıldıAlimlər yerə düşən 2 meteorit parçasında su və mürəkkəb kimyəvi birləşmələrə rast gəlindiyini açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Berkli şəhərində yerləşən Lovrens adına milli laboratoriyanın alimləri danışıb.

Elm adamlarının fikrincə kosmosdan yerə düşən hər hansı bir kosmik cism yerdə həyatın formalaşmasına təkan verə bilərdi. Alimlər 1998-ci ildə yerə düşən meteoritin tərkibindəki daş-duz kristallarını nəzərdən keçirib. Kristalların rentgen görüntüləri tərkibində suda həll olunmuş doymuş duz məhlulu və üzvü molekulların olduğunu göstərib. Kristallarda həmçinin amin turşuları, karbohidrogenlər və Yer üzərində mühüm bioloji rol oynayan digər birləşmələr aşkar edilib.

Qeyd edək ki, alimlər meteoritdə molekullar arasında sintezin naməlum şəraitdə 4.5 milyard il bundan əvvəl getdiyini bildirib.

Xeberdar.net

XƏBƏR LENTİ