DİN əməliyyat keçirib –Xeyli sayda silah-sursat götürülüb

DİN əməliyyat keçirib –Xeyli sayda silah-sursat götürülübDaxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Neftçala RPŞ-nin əməkdaşları şəhər sakini Xalid Abdullayevdən “İJ-12” markalı tüfəng və 47 ədəd patron, Sabirabad RPŞ-nin əməkdaşları rayon sakinləri Rizvan Fərzəliyevdən, Elməddin, Nemət və Araz Soltanovlardan müvafiq sənədləri olmayan ümumilikdə 4 ədəd “İJ” markalı tüfəng və 37 ədəd patron, Oğuz RPŞ-nin əməkdaşları Bayan kənd sakini, əvvəllər məhkum olunmuş Vaqif Fərzəliyevdən “İJ-16” markalı tüfəng götürülüb.

Bakı şəhər sakini Əzizağa Vəliyev isə istifadəyə yararsız vəziyyətdə olan “Cobra” markalı tüfəngi və “İJ-53-M” markalı pnevmatik tapançanı könüllü olaraq Binəqədi RPİ-nin 4-cü Polis Bölməsinə təhvil verib.

Xeberdar.net

DİN əməliyyat keçirib –Xeyli sayda silah-sursat götürülüb

  • 5-02-2018, 15:48
  • 223


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. İqbal Ağazadə koronavirusdan ölən baş redaktordan yazdı: "Füzulimi yaddaşlara köçürən son oğlan"
  2. Qobustan rayonunda COVİD-19 infeksiyası ilə bağlı reyd keçirilib- FOTOLAR
  3. "Boş boş şüarlar və pafoslu çıxışlarla özlərində siyasi lider obrazı yaradıb milləti yola verməklə məşğuldurlar."- HÜRRÜ ƏLİYEV
  4. Qobustanda taxıl biçini davam etdirilir - FOTOLAR
  5. Son Dəqiqə: XİN-in binasında xüsusi əməliyyat keçirilir
  6. İsmayıllıda reyd keçirilib - FOTOLAR
  7. DTX XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ ƏMƏLİYYAT KEÇİRİR - Rəsmi açıqlama
  8. QHT sədrləri həmkarlarına başsağlığı verdi
  9. Şənbə günü üçün hava proqnozu açıqlandı
  10. Naxçıvanda koronavirusdan ölənlərin sayı açıqlandı
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI