Ərdoğan vəd verdi:"Afrində də, İdlibdə də, Menbiçdə də hədəfə çatacağıq"

752 17-02-2018, 16:43 dunya / gundem

Ərdoğan vəd verdi:"Afrində də, İdlibdə də, Menbiçdə də hədəfə çatacağıq"Türkiyə prezidenti Ərdoğan bu gün Afyonkarahisar şəhərində partiyasının 6-cı konqresində Afrin əməliyyatı haqda danışıb.

Strateq.az xəbər verir ki, Ərdoğan tezliklə zəfəri bayram edəcəklərini bildirib:

"Hər geçən gün zəfərə bir az da yaxınlaşırıq. Unutmayın, səbr edən hər kəs zəfərə çatacaq. Qələbəyə daha yaxınıq. Hazırda əsgərlərimiz gecə-gündüz demədən, dağ, daş, təpə bilmədən irəliləyir. Hazırda 300 km-lik ərazini təmizləmişik. Cerablusda, El Babda necə nəticə əldə etmişiksə, Afrində də, İdlibdə də, Menbiçdə də hədəfə çatacağıq".

Ərdoğan bəyan edib ki, Türkiyənin məqsədi Suriyalıların öz torpaqlarına yerləşməsinə nail olmaqdır: "3.5 milyon Suriyalı qardaşımızın evlərinə dönmələrini istəyirik. Bunun üçün çalışırıq. Türkiyə olaraq qardaş Suriyanın torpaqlarında gözümüz yoxdur. Bizə öz torpaqlarımız yetər".

Xeberdar.net

XƏBƏR LENTİ