Qusarda 3 ay əvvəl itkin düşən qadın Abşeronda tapılıb

869 24-02-2018, 13:56 cemiyyet / gundem

Qusarda 3 ay əvvəl itkin düşən qadın Abşeronda tapılıbQusar rayonunda 3 ay əvvəl itkin düşən qadın tapılıb.

“Report”un Şimal bürosu xəbər verir ki, rayonun Qullar kənd sakini, 29 yaşlı Rəna Mehdiyeva ötən il noyabrın 25-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Bundan narahat olan ailəsi onun tapılması üçün Qusar Rayon Polis Şöbəsinə müraciət edib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Mehdiyeva Abşeron rayonunun Xırdalan şəhəri ərazisində tapılaraq ailəsinə təhvil verilib.

Xeberdar.net

XƏBƏR LENTİ